Yuxarı

Santa Klausun dəfn yeri: Sarkofaq tapıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Demre bölgəsindəki Müqəddəs Nikolay kilsəsində arxeoloqlar əhəngdaşından hazırlanmış sarkofaq aşkarlayıblar. Mütəxəssislərin fikrincə, bu tapıntı Santa Klaus haqqında əfsanənin əsasını təşkil edən yunan yepiskopu Müqəddəs Nikolayın dəfn yeridir.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, tapıntı Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən "Gələcəyin irsi" adlı layihənin bir hissəsidir. Layihənin rəhbəri dosent Əbra Fatma Fındıkdır.

Sarkofaqın uzunluğu təxminən 2 metr, dərinliyi isə 1,5-2 metrdir. Daş tabutun qaldırılmış qapağı və maili damı var.

Bu tapıntı 1989-cu ildən bəri tədqiq olunan kilsənin ikimərtəbəli əlavəsində aşkarlanıb. Professor Fındık heyvan sümükləri və gil lampaların qalıqlarının aşkarlanmasının burada bir dəfn yeri olduğunu sübut etdiyini bildirib.

"Ən böyük ümidimiz sarkofaqın üzərində bir yazının tapılmasıdır. Bu, dəfnin məzmununu dəqiqləşdirməyə və onun aid olduğu dövrü müəyyənləşdirməyə kömək edə bilər", - deyə professor vurğulayıb.

Yunan əsilli yepiskop Müqəddəs Nikolay gizli hədiyyələr vermək vərdişi ilə xüsusilə tanınıb ki, bu da Santa Klaus haqqında folklorun yaranmasına səbəb olub. Onun ölümündən təxminən iki əsr sonra, Bizans imperatoru II Feodosiy VI əsrdə onun adına bir kilsə tikilməsini əmr edib. Bu kilsə yepiskopun dəfn yeri üzərində tikilib.

Daha sonra Müqəddəs Nikolayın cəsədi çıxarılaraq həmin kilsədə yenidən dəfn edilib. Lakin XI əsrdə onun qalıqları İtaliyanın Bari şəhərinə aparılaraq San Nikola bazilikasında müqəddəs relikviya kimi saxlanılıb. Birinci səlib yürüşü zamanı venesiyalı dənizçilər onun qalıqlarının əksəriyyətini taparaq Venetsiyadakı San-Nikolo-al-Lido monastır bazilikasına gətiriblər.

1953-cü ildə İtaliyadakı sümük qalıqlarının yoxlanılması onların bir insana aid olduğunu göstərib. Lakin "Archaeology News"un yazdığına görə, bu sümüklərin Müqəddəs Nikolaya məxsus olduğunu müəyyən etmək mümkün olmayıb.

"Bəzi mənbələrə görə, Müqəddəs Nikolay Mira şəhərinin müqəddəs ərazisində dəfn edilib. Kilsə yaxınlığında sarkofaqın tapılması onun məzarının burada olduğunu təsdiqləyə bilər. Bu, Müqəddəs Nikolayın dəfn yeri haqqında tarixi mənbələrin əhəmiyyətli arxeoloji təsdiqidir", - deyə Fındık əlavə edib.

Tarix
2024.12.10 / 00:39
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya məsuliyyətdən yayınır - Bakıdan xəbərdarlıq

Abel Məhərrəmov Ali Məhkəmədə uduzdu

"Medera" yeni qalmaqalda: rəhbərinə 25 minlik cərimə...

Aygün Kazımovanın plastik cərrahının lisenziyası ləğv edildi

Azərbaycanla Somali arasında məsləhətləşmələr aparıldı

İnam Kərimov Keniyada Koomeninlə görüşdü

Prezidentin xüsusi nümayəndələrinin sayı artdı

Azərbaycanda bu iki nazir postu boşdur

Qazaxlı Alikin oğlunun məhkəməsi təxirə salındı - Səbəb

Muxtar Babayev vəzifəsindən azad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla