Yuxarı

Əsəd ölkədən neçə milyard dollar qaçırıb? - Şok rəqəm

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsəd ölkədən neçə milyard dollar qaçırıb? - Şok rəqəm

Suriyada 61 illik BƏƏS rejiminin süqutundan sonra Rusiyaya qaçan eks-prezident Bəşər Əsədin ölkəsini tərk edərkən neçə milyard dollar apardığı üzə çıxıb.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, Əsədin 135 milyard dollar qaçırdığını iddia edən rejim kəşfiyyatından Xalid Beyye hakimiyyət daxilində son günlərində çox böyük qarşıdurma yaşandığını deyib.

“Rusiyayönlü komandirlərlə İranın dəstəklədiyi komandanlıq arasında böyük qarşıdurma var idi. İlk dava Hələb komandiri general Məhəmməd Səfadlı ilə Rusiyanın sadiq generalı Süheyl Həsən arasında olub. Hərbi kəşfiyyatla ordu arasında məlumat axını dayandı. Hələbin ələ keçməsi ilə başlayan məğlubiyyət müxalifəti Dəməşqə gətirdi”, - Beyye bildirib.

Qeyd edək ki, 27 noyabrda “Heyət Təhrir əş-Şam”ın Hələb və İdlibi ələ keçirməsi ilə hərəkata başlayıb, cəmi 12 gün sonra isə (8 dekabr) Dəməşqi alaraq, Əsəd rejimini devirib. Bəşər Əsəd və ailəsi Rusiyaya qaçıb.

Tarix
2024.12.10 / 10:12
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla