Yuxarı

Kazana hücum edən PUA-ların sayı... - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kazana hücum edən PUA-ların sayı... - Video

11:10

Ukrayna PUA-larla Kazan şəhərindəki 3 hündürmərtəbəli binaya hücum edib.

Axar.az xəbər verir ki, hücümlar 50 dəqiqəlik intervalla törədilib. Hadisədən dərhal sonra hər üç tikilidə yanğın başlayıb.

“Baza” Teleqram kanalı isə yazıb ki, şəhərin müxtəlif ərazilərinə PUA-larla hücumlar törədilib.

Hadisənin təfərrüatı hələlik açıqlanmır.

Məlumatda bildirilib ki, Tatarıstanın rəisi Rüstəm Minnixanov və digər məsul şəxslər hadisə yerinə gəlib.

***

Ukrayna PUA-larının Tatarıstan paytaxtındakı üç yaşayış binasına hücumundan sonra ərazidə Operativ Qərargah yaradılıb.

Hadisədən dərhal sonra əhalinin hücumların baş verdiyi yaşayış kompeksindən təxliyəsinə başlanılıb.

Yerli hakimiyyət sakinlərin qida və isti geyimlə təmin olunacağını bildirib.

***

Kazan şəhərinə hücum ümumilikdə 8 pilotsuz uçuş aparatı (PUA) ilə törədilib.

Bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, hücum zamanı Kamaleyev prospekti, Klara Setkin, “Yukozinskaya”, Hadi Taktaş, “Krasnaya Pozisiya” və “Orenburqski trakt” küçələrindəki binalar hədəfə alınıb.

***

Tatarıstan rəhbəri Rüstəm Minnixanovun mətbuat xidmətinin verdiyi məlumata görə, Kazana səkkiz PUA hücum edib:

“Hazırda Tatarıstan Respublikası Baş Qərargahından Rüstəm Minnixanova daxil olan əməliyyat məlumatlarına görə, şəhərə 8 PUA-nın hücumu qeydə alınıb - 1-i sənaye müəssisəsində, 1-i çayın üzərində, 6-sı yaşayış massivində. Bu dəqiqəyə olan məlumata görə, ölən və yaralanan yoxdur. Sənaye müəssisələrindəki işçilər evakuasiya edilib və sığınacaqlardadır”.

Tarix
2024.12.21 / 13:31
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla