Yuxarı

Türkiyənin açar rolunu qəbul edirlər – Gülər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin açar rolunu qəbul edirlər – Gülər

Türkiyə beynəlxalq aktorları Suriyadakı yeni hakimiyyəti dəstəkləməyə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

“Suriyada əliqanlı rejim süquta uğrayıb və artıq yeni mərhələ başlayıb. Suriyada söz sahibi artıq xalqdır. Bu günə qədər olduğu kimi, bundan sonra da Suriya xalqının yanında olmağa davam edəcəyik. Suriyanın ərazi bütövlüyü, siyasi birliyi, təhlükəsizlik və sabitliyinin təmin olunması üçün yeni hakimiyyətlə koordinasiyalı şəkildə işləyəcəyik”, - Gülər bildirib.

Nazirin sözlərinə görə, Türkiyə Suriyada sabitliyin bərpası və qaçqınların ölkələrinə qayıdışı üçün öhdəsinə düşəni edəcək:

“Bölgədə təsirə malik aktorlar da artıq Türkiyənin proseslərdəki açar rolunu qəbul edirlər. Suriyada PKK, YPG, İŞİD kimi terror təşkilatlarının yeri yoxdur. Ölkəmizin və Suriyanın təhlükəsizliyini təhdid edən bu təşkilatların addımları diqqətlə izlənilir, onlara qarşı qabaqlayıcı tədbirlər görülür. Terror təşkilatlarının ərazidəki sabitsizlikdən sui-istifadə etməsinə icazə verilməyəcək. Əməliyyatlarımız planladığımız kimi və artan templə davam edəcək. Terrorçuların olduğu hər yer Türkiyə Silahlı Qüvvələrinin qanuni hədəfidir”.

Tarix
2024.12.22 / 17:17
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla