Yuxarı

Qafqazdakı "döyüş oyunu" ilə bağlı Kremlə - Cavab

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Tiflis NATO ilə birgə Gürcüstanda keçirilən hərbi təlimlə bağlı Rusiyanın reaksiyasına sərt mövqeyini bildirib.

Axar.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin rəsmi saytında yayılan bəyanatda Gürcüstanın müstəqil və suveren dövlət kimi öz ərazisində istənilən an hərbi manevrlər etmək hüququnun olduğu bəyan edilib.

"Gürcüstanın suveren ölkə olması ona hərbi sferada partnyorları ilə qarşılıqlı əməkdaşlıq etməyə imkan verir. Gürcüstan-ABŞ arasında keçirilən hərbi təlim regionda heç bir ölkəyə qarşı yönəldilməyib. Bu təlim regionda vəziyyətin destabilizasiyasına gətirib çıxarmayacaq".

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi ABŞ-la Gürcüstanın Cənubi Qafqazda hərbi təlim keçirməsinin provakasiya xarakteri daşıdığını bildirmişdi.

Tarix
2016.05.07 / 20:20
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla