Yuxarı

Fərdi Tayfur özündən sonra nə qədər sərvət qoyub-getdi?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fərdi Tayfur özündən sonra nə qədər sərvət qoyub-getdi?

Türk arabesk musiqisinin əfsanəvi isimlərindən olan Fərdi Tayfur dünyasını dəyişdikdən sonra onun qoyub getdiyi irs və sərvətlə bağlı müxtəlif fərziyyələr ortaya çıxıb.

Axar.az Türkiyə mediasına istinadla xəbər verir ki, Fərdi Tayfurun sərvətinin kifayət qədər böyük olduğu düşünülür. Məşhur müğənninin musiqidən əldə etdiyi gəlirlə Marmaris, İstanbul və Adanada ciddi investisiyalar yatırdığı üzə çıxıb.

Tayfurun Marmarisdə bir yarımada ilə yanaşı, müxtəlif daşınmaz əmlaklara sahib olduğu məlumdur. Bu investisiyalar milyonlarla dollar məbləğindədir. Bununla belə, dəqiq rəqəm göstərilmir.

Məşhur sənətçi 1981-ci ildə Marmarisdə filmə çəkilərkən bölgəni çox bəyənib və sərmayələrinə oradan başlayıb. Əvvəlcə Marmaris İçmelerdə hovuzlu villa alıb. Sonra illər keçdikcə investisiyalarını genişləndirib və yeni mülklər əldə edib.

Həmçinin Adanada 50 mənzil, İstanbulun müxtəlif rayonlarında 6 villa və 30 mənzil alıb. Bundan əlavə, onun tikinti sektoruna böyük yatırımlar etdiyi də məlumdur.

Fərdi Tayfurun mirasını kimə və ya kimlərə vəsiyyət etdiyi məlum deyil. Yalnız birindən başqa: o, bütün musiqilərinin heç bir ödəniş edilmədən ifaçılar tərəfindən oxunmasını və dinlənilməsini istəyib. Bildirib ki, o musiqiləri xalq üçün yazıb.

Tarix
2025.01.05 / 22:11
Müəllif
Axar.az
Digər xəbərlər

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

Bu ölkə iki yerə bölünə bilər - Ekspert

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla