Yuxarı

ABŞ Rusiyanın "kölgə donanması"na qarşı hərəkətə keçir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Baydenin administrasiyası Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər görməyə hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, sanksiyaların tətbiq edilməsində məqsəd Rusiyanın neft gəlirlərinin qarşısını almaqdır. Xüsusilə, Rusiya neftini daşıyan tankerlərə qarşı əlavə sanksiyaların tətbiqi planlaşdırılır.

Agentlik bildirir ki, Bayden Trampın andiçmə mərasimindən əvvəl bu paketi təqdim etmək üçün vaxt qazanmaq istəyir, çünki ABŞ-ın yeni prezidentinin Rusiyaya qarşı sanksiyalara yanaşmasının necə olacağı bəlli deyil.

“Məhdudiyyətlərdən yan keçmək üçün Rusiya xarici bayraqlar altında üzən tankerlərdən ibarət “kölgə donanması” adlanan donanmadan istifadə edir”, - agentlik vurğulayıb.

Qeyd edək ki, G7 ölkələri, Avropa Birliyi və Avstraliya 2022-ci ilin sonunda Rusiya neftinin bir barreli üçün 60 dollar qiymət tavanı tətbiq edərək, Qərb şirkətlərinə Rusiya neftinin tədarükünü müəyyən edilmiş həddən artıq qiymətə daşımaq, sığortalamaq və maliyyələşdirməyi qadağan edib.

Tarix
2025.01.06 / 22:02
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyənin diviziya generalı Azərbaycan Konsulluğunda

Paşinyandan Mirzoyana göstəriş: Qarabağla bağlı sənədlər...

Prezident protokolu qəsdən pozdu, rusca danışdı – Səbəb

İlham Əliyev Szinpinə başsağlığı verdi

Petrosyanın sözləri Ermənistanın terrorçu mahiyyətini əks etdirir

Ermənilər Naxçıvan istiqamətində bunker tikir - Foto

Prezident fərman imzaladı

Güldən Əliyevə: Bu xəbəri dərin kədər hissi ilə qarşıladım

AZAL təyyarəsinin "qara qutu"ları - Fotolar

DSX mayoruna hücum edən idmançılar həbs olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla