Yuxarı

Prezidentdən İrana: O molla cəzalanmalı, qovulmalıdır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentdən İrana: O molla cəzalanmalı, qovulmalıdır - Video

Ərdəbil şəhərinin mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Burda sual ondan ibarətdir ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir.

Axar.az xəbər verir ki. bu sözləri Prezident İlham Əliyev yerli televiziya kanallara müsahibəsində deyib.

“Axı o, öz başına gəlib orda oturmayıb. Onu kim təyin edib, biz yaxşı bilirik. Onun reaksiyası nədir? O bunu dəstəkləyir, yoxsa yox? Və Azərbaycandan kim üzr istəyəcək? Üzr istəyəcəklər, yoxsa yox?

İranın Xarici İşlər Nazirliyinin açıqlaması kifayət deyil. “Təəssüf hissi...” Burada açıq təhqir olub – həm Türkiyə, həm Azərbaycan prezidentləri, həm bizim xalqlar – rəsmi tədbirdə, canlı yayım gedən zaman. Və sadəcə, “təəssüf bildirmək”? Bu, əlbəttə ki, qəbuledilməzdir. Ona görə biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır, ən azı, vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir. Məsələ bundadır”, - Prezident qeyd edib.

Tarix
2025.01.07 / 22:17
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

Prezident İƏT-in yeni baş katibinə təbrik ünvanladı

Köçəryanın vətəndaşı olduğu ölkələrə xəyanəti – Video

İran Bakıda işləmiş diplomatını Qafana göndərdi

Rusiyadakı azərbaycanlıların nəzərinə - Putin tapşırıq verdi

İlham Əliyev Qaradağda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla