Yuxarı

Putin izn verməyib; İran təyyarəsi geri qayıdıb… - Əsədin son günü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin izn verməyib; İran təyyarəsi geri qayıdıb… - Əsədin son günü

Bəşər Əsədin devrilməsindən əvvəl prezident sarayındakı son anların təfərrüatı açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə Suriyanın devrilmiş prezidentinin keçmiş mətbuat katibi Kamel Sakr “Əl Ərəbiyyə” telekanalına danışıb.

O, Əsədin prezident sarayını sonuncu tərk etdiyini təsdiqləyib.

Sakrın sözlərinə görə, Rusiya Bəşər Əsədin Hələbin süqutundan sonra İranın hərbi yardımını Suriya ordusuna ötürmək üçün Xmeymim bazasından istifadə etmək tələblərinə cavab verməyib. Həmçinin Əsəd qaçmazdan əvvəl 3 gün Putinlə əlaqə saxlamağa çalışıb.

Sakr bildirib ki, İraqın hava məkanından keçməklə Xmeymim istiqamətində hərəkət edən İran təyyarəsi ABŞ tərəfindən vurulmaqla hədələnib və bu da onu geri qayıtmağa məcbur edib. Bu, son dərəcə ağır vəziyyətdə olan Suriya ordusunun durumunu daha da çətinləşdirib.

Türkiyə ilə münasibətlərin korlanmasına gəlincə, Sakr qeyd edib ki, Əsəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməkdən imtina edib. Halbuki Rusiya buna çox cəhd edib və Əsədi bu görüşün vacibliyinə inandırmaq istəyib, Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev isə Ərdoğanla Əsəd arasında görüşü təşkil etmək üçün çalışıb.

Tarix
2025.01.11 / 20:12
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlik bu universiteti cərimələdi

Bu saziş regionda sülhün təməl daşıdır - Boçorişvili

Gələn il Ermənistanla sülh sazişi bağlanacaq - Əmirbəyov

Türkiyə ilə sərhədlərin açılması... - Mirzoyan

Merz İlham Əliyevi Almaniyaya dəvət etdi

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olundu

Erməni kilsəsi dağıdıcı təbliğat aparır - Şeyx

Almaniya kansleri İlham Əliyevə zəng etdi

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

Avropa Birliyi bundan sonra Bakı və İrəvana... - Kallas

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla