Yuxarı

BƏM sədri bu ölkənin baş naziri oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
BƏM sədri bu ölkənin baş naziri oldu

Beynəlxalq Ədalət Məhkəməsinin sədri Nəvaf Salam Livanın baş naziri təyin edilib.

Axar.az xəbər verir ki, bu barədə Livan Prezidenti Ofisi məlumat yayıb.

“Prezident Cozef Aun parlament fraksiyaları ilə məsləhətləşmələrdən sonra Nəvaf Salama Livanın yeni hökumətini qurmağı tapşırıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, 71 yaşlı diplomat və hüquqşünas Nəvaf Salam 2007-2017-ci illərdə Livanın BMT-dəki daimi nümayəndəsi olub. 2018-ci ildə o, Beynəlxalq Ədalət Məhkəməsinin üzvü seçilib, 2024-cü il fevralın 6-da isə BƏM-in sədri seçilib.

Salam Beyrutun zadəgan ailəsinə mənsubdur, onun əmisi oğlu Tammam Salam 2014-2016-cı illərdə Livan hökumətinə rəhbərlik edib.

Tarix
2025.01.14 / 01:18
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla