Yuxarı

Bu yol Azərbaycana təhvil veriləcək? – Qriqoryanın cavabı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu yol Azərbaycana təhvil veriləcək? – Qriqoryanın cavabı

Biz işimiz nəticəsində əldə olunmuş razılaşmaları press-relizlər şəklində dərc edirik və bu çərçivədən kənara çıxmırıq.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan “Ermənistan” blokundan olan deputat Qarnik Danielyanın demarkasiya zamanı Əskipara-Kirants (Ermənistan-Gürcüstan avtomobil yolu) zolağından hər hansı bir hissənin Azərbaycana verilib-verilməyəcəyi ilə bağlı sualına cavabında deyib.

“Bizim təsdiq edilmiş əsasnaməmiz var və orada qərarların necə qəbul edildiyi və bu qərarların necə qüvvəyə mindiyi aydın şəkildə göstərilib. Bu çərçivədə siz öz sualınıza cavab tapa bilərsiniz”, - Qriqoryan bildirib.

Danielyan isə “Bəlkə siz zaldan soruşasınız ki, kimsə sizin dediyinizi başa düşüb, ya yox? Konkret sual verirəm və aydın cavab gözləyirəm” deyə sualını təkrarlayıb.

“Məsələnin vacibliyini və həssaslığını nəzərə alaraq, siz də bu cür məlumatı əldə etdiyiniz mənbəni açıqlamağa borclusunuz. Razılaşmaların əldə olunduğu məsələlər açıqlanır və məxfi qala bilməz. Son görüşdən bizim razılaşdığımızı əks etdirən press-reliz var. Əgər sizin dediyiniz bu müqavilədə yoxdursa, deməli, o, yoxdur”, - Qriqoryan da öz növbəsində vurğulayıb.

Qeyd edək ki, Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyasının şimaldan cənuba doğru davam etdirilməsi istiqamətində 16 yanvar görüşündə razılıq əldə edilib.

Tarix
2025.01.22 / 23:50
Müəllif
Axar.az
Digər xəbərlər

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla