Yuxarı

CHP-nin namizədi kim olacaq: Mənsur, yoxsa İmamoğlu?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
CHP-nin namizədi kim olacaq: Mənsur, yoxsa İmamoğlu?

CHP sədri Özgür Özəl partiyanın prezidentliyə namizədinin Mənsur Yavaşla Əkrəm İmamoğlunun birlikdə qəbul edəcəyi razılaşma əsasında müəyyən ediləcəyini, problemin bu yolla həll olunacağını bildirib.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, CHP-nin keçmiş millət vəkili Mustafa Balbay Özəlin məsələ ilə bağlı yol xəritəsini belə təqdim edib:

"Ərdoğan namizədliyini açıqladı. Bu vəziyyət istər-istəməz CHP-nin namizədinin kim olması ilə bağlı daha çox sual doğurur. Fikrim onu ​​ilkin seçimə bənzər bir üsulla müəyyən etməkdir. Belə bir prosesə getsək, bir ay ərzində onu yekunlaşdırmalıyıq. Çünki uzanarsa, iki güclü namizədimizi istəyənlər arasında gərginləşmə baş verə bilər".

Özəlin iki güclü namizəd adlandırdığı Əkrəm İmamoğlu və Mənsur Yavaşla bağlı fikirləri belədir:

"Apardığımız sorğularda onların hər ikisi demək olar ki, heç vaxt 50 faizdən aşağı düşməyib. Bu, həm gözəl, həm də çətin məsələdir. Hər ikisinin razılığı ilə namizədlik mərhələsini həll etməyə önəm verirəm".

Tarix
2025.01.25 / 14:47
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla