Yuxarı

Türk sahibkar sərvətini işçilərə payladı – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk sahibkar sərvətini işçilərə payladı – Video

ABŞ bazarında özünə məxsus yeri olan yoğurt istehsalçısı "Çobani" ("Chobani") şirkətinin prezidenti və təsisçisi Hamdi Ulukaya dünyada bir ilkə imza atıb.

Axar.az xəbər verir ki, işçilərini uğurunun əsas səbəbi sayan şirkət rəhbəri səhmlərinin 10 faizini onların adına rəsmiləşdirib. Müsəlman milyarderin bu addımı sayəsində şirkətdə çalışan 2 min işçinin hər birinə 150 min dollar pul çatıb.

Hamdi Ulukaya çıxışında qeyd edib ki, bundan sonra artıq işçi və işə götürən deyil, eyni zamanda, tərəfdaş olaraq da fəaliyyət göstərəcəklər və onun fikrincə, bütün şirkət əməkdaşları bir böyük ailədir.

Ötən il Hamdi Ulukaya daha bir ilkə imza atmışdı. O, "Hetvey" şirkətinin rəhbəri Varren Buffett və "Maykrosoft"un sahibi Bill Qeyts tərəfindən başlanan xeyriyyə aksiyasına qoşulmuş və 1,4 milyardlıq şəxsi sərvətinin tam yarısını miqrantlara dəstək kampaniyasına sərf edəcəyini açıqlamışdı.

Qeyd edək ki, Həmdi Ulukaya yoğurt istehsal edən "Çobani" adlı şirkətini sıfırdan yaradıb və zaman ötdükcə onun sərvəti bir neçə milyard dollara çatıb.

Tarix
2016.05.14 / 00:53
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

Ümid Özdağ Bakıya gəlir - Tarix

Azərbaycan XİN Avstriyanı təbrik etdi

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla