Yuxarı

Putinin "şəxsi ordu"sundan əməliyyat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin "şəxsi ordu"sundan əməliyyat

Moskvanın Xovanski qəbiristanlığında bir neçə etnik cinayətkar qruplaşmanın iştirakı ilə baş verən kütləvi davanın 100-dən çox iştirakçısı saxlanılıb.

Publika.az xəbər verir ki, qarşıdurmanın lokallaşdırılması üçün keçirilən əməliyyata Moskva Xüsusi Təyinatlı Milis Dəstəsinin komandiri general Dmitri Dayniçenko rəhbərlik edir. Beləliklə, "qəbiristanlıq əməliyyatı" Rusiyanın Milli Qvardiya güclərinin yaranmasından sonra cəlb edildiyi ilk xüsusi əməliyyat olub.

Qeyd edək ki, toqquşmalarda 500-ə qədər insan iştirak edib. "RİA-Novosti" agentliyinə paytaxtın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, qarşıdurma nəticəsində bir neçə insan həlak olub. "Davanın gedişatında odlu silah tətbiq edilib. Buna görə də bir neçə nəfər həlak olub, ağır yaralıları var. Təcili tibbi yardım onları ərazidən çıxarır", - agentliyin həmsöhbəti deyib.

"İnterfaks" isə şəhərin təcili tibbi xidmətdəki mənbəyə istinadən bir polis əməkdaşının həlak olduğunu yazıb.

Xatırladaq ki, Prezident Vladimir Putin aprelin 5-də Milli Qvardiyanın yaradıldığını elan edib. Daxili Qoşunların tərkibində qurulan qvardiya yeni federal orqan kimi fəaliyyət göstərəcək. Quruma Putinin yaxın dostu, general Viktor Zolotov başçılıq edir.

Rəsmi Moskvanın, daha dəqiqi, Putinin izahı belədir ki, Milli Qvardiya terrorizmə, mütəşəkkil cinayətkarlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq edəcək. Və bir növ Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) funksiyasını yerinə yetirəcək.

Lakin Qərb mediası, o cümlədən tanınmış analitik mərkəzlər bu fikirdədir ki, Putin dövlət çevrilişindən qorunmaq üçün şəxsi ordu yaradır.

Tarix
2016.05.14 / 19:33
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Ukraynaya getdi

Vardanyana görə Bakıya gəlməyən Talebin oyunları...

Hikmət Hacıyevin fikirləri Türkiyədə səhv təqdim edildi - Foto

Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi

Bakı metrosunda yeni tunellərin inşası nə vaxt bitir?

Transxəzər fiber-optik rabitə xəttinin tikintisi başa çatdı

Ermənistana 14 vaqon buğda göndəriləcək

İran Xəzərlə bağlı razılığa gəldi: Tehran nədən çəkinir?

İrəvanda TRİPP müzakirəsi: Azərbaycanla sülh...

Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla