Yuxarı

Onlar erməni xalqını aldadırlar - Overçuk

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlar erməni xalqını aldadırlar - Overçuk

Ermənistanın Avropa Birliyinə daxil olmaqla eyni zamanda Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakını davam etdirmək imkanının olması barədə müzakirələr əsassızdır. Çünki Avropa ölkələri ilə bazarların açılması Ermənistanın Aİİ dövlətləri ilə bazarlarının bağlanması deməkdir.

Axar.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib.

"Avropa Birliyinə qoşulmanın başlanğıcının Aİİ-dən çıxışın başlanğıcı olması iki inteqrasiya birliyinin necə qurulduğunu azacıq bilən hər kəs üçün tamamilə aydındır. Hansısa həll yolunun tapıla biləcəyini iddia edən bəzi insanlar, yumşaq desək, erməni xalqını aldadırlar", - o qeyd edib.

Overçukun sözlərinə görə, Aİİ ilə bazarların bağlanması istehsalçılara təsir edəcək:

"Bu aydındır - Aİİ ilə idxal gömrük rüsumlarının sıfırlanması avtomatik olaraq Aİİ ilə gömrük və gömrük tarifinə qayıtmaq deməkdir".

O xatırladıb ki, makroiqtisadi göstəricilər və Aİİ ölkələri arasında qarşılıqlı ticarət məlumatlarına əsasən, Ermənistan birlikdə iştirakın əsas benefisiarıdır:

“Ötən il Ermənistanın Aİİ ölkələri ilə ticarəti 12 milyard dollar təşkil edib ki, bu da onun AB ilə ticarət həcmindən dəfələrlə çoxdur. Eyni zamanda, Aİİ ölkələri ilə ticarət artır, AB ilə azalır”.

Tarix
2025.01.29 / 17:34
Müəllif
Axar.az
Digər xəbərlər

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

İrəvan Bakı ilə enerji əməkdaşlığını nəzərdən keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla