Yuxarı

Kanada Trampa xəbərdarlıq etdi: Məcbur olacaqsınız

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kanada Trampa xəbərdarlıq etdi: Məcbur olacaqsınız

Ağ Ev Kanada neftinə 25 faizlik gömrük rüsumunu tətbiq edərsə, ABŞ Venesueladan neft almağa məcbur olacaq.

Axar.az xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Melani Coli deyib.

“Biz endirimlə neft tədarük edirik və nəticədə o, Texasda emal olunur. Bunu etməsək, Venesuela edəcək. Başqa çıxış yolu yoxdur və bu administrasiya Venesuela ilə işləmək istəmir”, - o bildirib.

Coli qeyd edib ki, Kanada idxalına 25 faizlik tariflərin qəbulu sadə insanlara ağır zərbə vuracaq:

“Çünki Kanada ilə ABŞ arasında münasibətlər ticarət müharibəsinə çevrilə bilər”.

O, Donald Trampın Kanadanın ABŞ-a qoşulması fikrini tənqid edib:

“Biz həqiqətən yaxşı dost ola bilərik, amma heç vaxt ştatlardan biri və ya müstəmləkə olmayacağıq, nöqtə”.

Qeyd edək ki, Tramp Kanada neftinə rüsumların artırılması ilə bağlı hələ qərar vermədiyini bildirsə də, Kanada və Meksikadan idxal edilən mallar üçün tariflərin 25%-ə qədər artırılmasının şənbə günü qüvvəyə minəcəyini təsdiqləyib.

Tarix
2025.01.31 / 16:14
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla