Yuxarı

Ordu irəliləyir, iqtisadiyyat çökməyib: Putin niyə dayansın?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordu irəliləyir, iqtisadiyyat çökməyib: Putin niyə dayansın?

Bu gün Moskvanın Ukraynaya qarşı təcavüzünü azaltmaq üçün çox az stimulu var, əksinə, Vladimir Putin özünü hərbi qələbəyə yaxın hiss edə bilər.

Axar.az xəbər verir ki, bu barədə AP-nin araşdırmasında bildirilib.

Qeyd olunub ki, rus qoşunları cəbhədə davamlı irəliləyiş əldə edir, Rusiya iqtisadiyyatı hələ çökməyib və müxaliflərə qarşı repressiyalar Putini müharibəni bitirməyə təşviq edə biləcək hər hansı daxili təzyiqi aradan qaldırır:

"Finlandiyanın keçmiş prezidenti Sauli Niiniste qeyd edib ki, Putin sistemli düşünür, Tramp isə iş adamı kimi davranaraq tez həll yollarına can atır. Ona görə də bu ikisi yəqin ki, heç vaxt razılığa gələ bilməyəcək. Əksinə, Putin yavaş-yavaş Rusiyanın hərbi mövqelərini gücləndirməyə, həm Kiyevin, həm də Qərbin siyasi iradəsini zəiflətməyə davam edəcək".

Rusiyalı sabiq diplomat Boris Bondarev isə bildirib ki, Putin Trampın Ukraynadakı müharibədən yorulmasına və diqqətini başqa məsələlərə yönəltməsinə ümid edir.

Böyük Britaniyanın Rusiyadakı keçmiş səfiri Lori Bristou vurğulayıb ki, rusların danışıqlara girməsi hələ də real kompromislərə hazır olmaq demək olmayacaq. Onun sözlərinə görə, Rusiyanın danışıqlar strategiyası belə görünür: “Mənim olan mənimdir, sizinki isə danışıqların mövzusudur”.

Tarix
2025.02.09 / 09:30
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla