Yuxarı

Putinlə danışdım: o, nə istəyir? - Tramp açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinlə danışdım: o, nə istəyir? - Tramp açıqladı

10:03

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefonla danışdığını bildirib.

Axar.az xəbər verir ki, bu barədə Tramp öz təyyarəsində “Nyu York Post”a verdiyi müsahibədə deyib.

Tramp detalları və Putinlə neçə dəfə danışdığını açıqlamayıb.

Bununla belə, o vurğulayıb ki, Vladimir Putin döyüş meydanında qətliama görə narahatdır.

“O, insanların ölməsinin dayandırmasını istəyir. Bütün bu ölülər... Gənc, gözəl insanlar. Onlar sizin övladlarınız kimidirlər, artıq iki milyondur (ölənlərin sayı – red.) - və heç bir səbəb olmadan”.

Tramp bir daha təkrarlayıb ki, 2022-ci ildə prezident olsaydı, bu üç illik müharibə heç vaxt baş verməzdi:

“Mənim Putinlə həmişə yaxşı münasibətim olub. Bayden ölkəmiz üçün biabırçılıq idi. Tam biabırçılıq”.

Tramp iddia edib ki, onun müharibəni bitirmək üçün konkret planı var:

“Ümid edirəm ki, bu, tez baş verəcək. İnsanlar hər gün ölür. Ukraynadakı bu müharibə çox dəhşətlidir. Mən bu lənətə gəlmiş işə son qoymaq istəyirəm”.

Təyyarənin göyərtəsindəki ofisində ona qoşulan milli təhlükəsizlik müşaviri Mayk Uoltsa müraciət edən ABŞ prezidenti deyib:

“Gəlin bu görüşləri keçirək. Onlar görüşmək istəyirlər. İnsanlar hər gün ölür. Gənc, yaraşıqlı əsgərlər ölür. Gənc oğlanlar, mənim oğlanlarım kimi… Hər iki tərəfdən. Döyüş meydanında”.

Tarix
2025.02.09 / 12:19
Müəllif
Axar.az
Digər xəbərlər

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

Bakıda Hindistanla bağlı konfrans keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla