Yuxarı

Dünya liderləri rüsvayçılıq anında – Fotolar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya liderləri rüsvayçılıq anında – Fotolar

Dünya liderləri adətən bizim təsəvvürümüzdə qüsursuz, ideal şəxslər kimi canlanır. Onların ki çoxsaylı imicmeykerləri, stilistləri və məsləhətçiləri olur.

Axar.az milyonların önündə naqolay duruma düşən siyasətçiləri təqdim edir:

Pen Lyuanın unlu sifəti

Çin lideri Si Szinpinin xanımı, Çinin məşhur xalq mahnıları ifaçısı Pen Lyuan London səfəri zamanı bütün jurnalistləri heyrətləndirmişdi. Fotokameraların işığı xanım Penin üzərinə istiqamətləndiriləndə onun üzünün "una batdığı" aşkara çıxmışdı. Bütün siması ağ tozla örtülü olan birinci xanımın bu görkəminin günahkarı vizajistləri imiş.

Vizajistlər foto deyil, kamera çəkilişlərində möhtəşəm effekt verən, lakin fotokameraların işığı qarşısında unu xatırladan pudradan istifadə edərək Pen Lyuanı dünya manşetlərinə çıxarmağa müvəffəq olmuşdu.

Dmitri Peskovun hipster stili

Kreml sözçüsü Dmitri Peskovun hipster stilində yayılan fotosu uzun müddət gündəmi zəbt etmişdi.

Siyasətçinin qırmızı şalvarı və hipster stilində olan ugiləri onu tanıyanlar üçün böyük sürpriz olmuşdu.

Pol Vulfovitsin corabları

Sən demə, Dünya Bankı prezidentinin özünə yeni corab almağa belə imkanı yox imiş. Bütün bu iddia və zarafatlar 2007-ci ildə məscidə səfər etmək qərarına gələndə meydana çıxmışdı. Məscidə daxil olmaq üçün ayaqqabılarını çıxaran Vulfovitsin hər iki corabının cırıq olması uzun müddət sosial şəbəkələrdə müzakirə olunmuşdu.

Devid Kemeronun qarnı

Britaniyanın Baş naziri Devid Kemeronun köynəyinin düymələri London merinin qəbulunda nazirin sözlərinə baxmayıb. Jurnalistlər xüsusi həssaslıqla Baş nazirin köynəyinin düymələrinin açıq olduğu vaxtda onun qarnının fotosunu çəkib yaymışdı.

Nikolay Molamujun alt paltarı

Ukrayna Xarici Kəşfiyyat Xidmətinin eks-rəhbəri Nikolay Molamujun öz evindən onlayn transilasiya vasitəsilə verdiyi müsahibə böyük ajiotaja səbəb olmuşdu.

Siyasətçi müsahibənin sonunda ayağa qalxarkən onun qalstuk və pencəyini tamamlayan şalvar geyinmədiyi məlum olmuşdu.

Tarix
2016.05.17 / 21:54
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Paşinyandan Türkiyə açıqlaması: Yaxın zamanlarda...

Fidan, Bayramov və Boçorişvili İstanbulda görüşəcək

Gəmidə yaralanan azərbaycanlıların vəziyyəti... - XİN

Ümid edirəm ki, Bakıya gedəcəm - Paşinyan

Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla