Yuxarı

Bu ölkə də Rus Evini bağlayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkə də Rus Evini bağlayır

Moldova hökuməti PUA hücumlarına cavab olaraq Rus Evini bağlayır.

Axar.az APA-a istinadən xəbər verir ki, Moldova hakimiyyəti pilotsuz uçuş aparatları ilə ölkənin hava məkanının pozulmasına cavab olaraq ölkədə fəaliyyət göstərən Rus Evinin fəaliyyətini dayandırır.

Moldova Rusiya ilə 1998-ci ildə imzalanmış Mədəniyyət Mərkəzlərinin Fəaliyyəti haqqında Razılaşmadan çıxdığını da bəyan edib.

Moldovanın Xarici İşlər Nazirliyindən bildirilib ki, Rus Evi də məhz ləğvetmə proseduru başa çatdıqdan sonra bağlanacaq.

Hadisə baş verən gün Rusiyanın Moldovadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq, ona qətiyyətli etiraz bildirilib və bu kimi təşəbbüslərin təhlükəsizliyə və Moldovanın vətəndaşlarına ciddi təhdid yaratdığı qeyd edilib:

"Eyni zamanda, rusiyalı diplomata bildirilib ki, analoji addımlar milli suverenliyin pozulması olmaqla, qeyri-dost xarakterli bir addımdır".

O da bildirilib ki, diplomata ölkənin ərazisində yerə düşən PUA-ların fraqmentləri əks olunan fotoşəkil nümayiş etdirilib.

Rəsmi Kişinyov növbəti dəfə Rusiya hakimiyyətini analoji addımlardan çəkinməyə, ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmət etməyə çağırıb.

Qeyd edək ki, Bakıda yerləşən Rus Evinin fəaliyyəti dayandırılıb.

Tarix
2025.02.13 / 19:48
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

Gəmi qəzası: Vətəndaşlarımız üçün cinayət tərkibli materiallar...

Azərbaycan kəsişmədə yerləşir – Alen Berse

Paşinyandan Putinə cavab: Çıxart, etiraz etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla