Yuxarı

Dubayın möcüzəli təkamülü - Fotolar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dubayın möcüzəli təkamülü - Fotolar

Dubay, səhra olmasına baxmayaraq, günümüzdə ən çox turist cəlb edən şəhərlərdən birinə çevrilib.

Axar.az xəbər verir ki, tarixi mənbələrdə 1940-cı ilə qədər Dubayın çox da böyük olmayan bir yaşayış məntəqəsi olduğu qeyd olunur.

Bu şəhərin sakinləri mirvari istehsalı ilə məşğul olur və onu ərzağa dəyişirdilər. Lakin elə ki, Yaponiya süni yolla mirvari istehsalına nail oldu, təbii mirvariyə tələbat əhəmiyyətli dərəcədə azaldı. Bundan sonra uzunmüddətli iqtisadi böhran başladı.

Dubayda elektrik, telefon rabitəsi və aeroport 1950-ci ildə quraşdırılıb. 1971-ci il dekabrın 2-də Dubay Əbu-Dabi və digər 5 əmirliklə birlikdə Birləşmiş Ərəb Əmirliklərini yaratdılar. Elə həmin ildə Böyük Britaniya Fars körfəzi regionunu tərk etdi. Bu illərdə artıq Dubayda və digər əmirliklərdə neft bumu start götürürdü. Beynəlxalq neft şirkətlərinin neftə marağı regionu yaxın xarici ölkələrin işçi qüvvəsi üçün də maraqlı edirdi. Nəticədə 1968-73-cü illərdə Dubayda əhalinin sayı bəzi məlumatlara görə 300 faiz artmışdı.

1970-ci illərdə Dubay neftdən və ticarətdən gələn gəlirlər hesabına tədricən inkişaf etməyə başlayırdı. 1979-cu ildə Dubayda Cəbəl Əli limanı tikildi. Onun ətrafında isə 1985-ci ildə Cafaz azad iqtisadi ticarət zonası salındı.

1990-cı ildə Fars körfəzində başlayan müharibə şəhərə müsbət mənada çox böyük təsir göstərdi. XX əsrin 90-cı illərində xarici ticarət qurumlarının böyük əksəriyyəti Fars körfəzindəki müharibə zamanı əvvəlcə Küveytdən, sonra isə Bəhreyndən (şiə dalğasının qızışdığı illərdə) öz ofislərini Dubaya köçürtdülər. Beləcə, Dubay öz tərəqqisinin ən parlaq dövrünə qədəm qoydu.

Bütün bu illər ərzində şəhərdə baş verən dəyişikliklər fotolara belə əks olunub:

Tarix
2016.05.19 / 01:42
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Paşinyandan Türkiyə açıqlaması: Yaxın zamanlarda...

Fidan, Bayramov və Boçorişvili İstanbulda görüşəcək

Gəmidə yaralanan azərbaycanlıların vəziyyəti... - XİN

Ümid edirəm ki, Bakıya gedəcəm - Paşinyan

Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla