Yuxarı

Putin sülh yox, Ukraynanı işğal etmək istəyir - KİV

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin sülh yox, Ukraynanı işğal etmək istəyir - KİV

ABŞ kəşfiyyatının məlumatına görə, Vladimir Putin müharibəni dayandırmaq üçün Donald Tramp administrasiyası ilə danışıqlara başlasa da, hələ də Ukraynanı ələ keçirməyə çalışır.

Axar.az xəbər verir ki, bu barədə “NBC Nyus” Qərb kəşfiyyat orqanlarının dörd nümayəndəsinə və ABŞ Konqresinin iki üzvünə istinadən məlumat yayıb.

“Hazırda Putinin real sülh razılaşmasında maraqlı olması barədə heç bir məlumatımız yoxdur”, - ABŞ Konqresinin nümayəndələrindən biri bildirib.

Qeyd olunub ki, Ər-Riyaddakı danışıqların əsas məqsədi Ukraynada müharibənin mümkün sonunu müzakirə etmək olub:

“Lakin hazırkı kəşfiyyat məlumatları Putinin gələcəkdə bütün ölkəni ələ keçirmək fürsətinə ümid etdiyini göstərir. O, qalib gəldiyini düşünür. Ordusunun döyüş meydanında xeyli sayda itki verməsi Putini məqsədlərini yenidən nəzərdən keçirməyə və ya hərbi əməliyyatları dayandırmağa sövq etmir. Putin danışıqlardan ordunu yenidən qurmaq və mövqelərini möhkəmləndirmək üçün taktiki pauza kimi istifadə edə bilər. Putin atəşkəs və ya müvəqqəti sülhə razılaşsa belə, bu, yalnız qüvvələrin yenidən qruplaşdırılması üçün vaxt udmaq cəhdi ola bilər”.

Tarix
2025.02.19 / 13:11
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Vardanyana görə Bakıya gəlməyən Talebin oyunları...

Hikmət Hacıyevin fikirləri Türkiyədə səhv təqdim edildi - Foto

Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi

Bakı metrosunda yeni tunellərin inşası nə vaxt bitir?

Transxəzər fiber-optik rabitə xəttinin tikintisi başa çatdı

Ermənistana 14 vaqon buğda göndəriləcək

İran Xəzərlə bağlı razılığa gəldi: Tehran nədən çəkinir?

İrəvanda TRİPP müzakirəsi: Azərbaycanla sülh...

Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...

İranlı professor: Azərbaycanı hədələmək əvəzinə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla