Yuxarı

ABŞ birbaşa təhlükəsizlik zəmanəti verir - Şmıqal

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ birbaşa təhlükəsizlik zəmanəti verir - Şmıqal

Ukraynanın mineral sərvətlərindən istifadəyə dair saziş bizim üçün təhlükəsizlik təminatları ilə birbaşa bağlıdır.

Axar.az xəbər verir ki, bunu Ukrayna Baş naziri Denis Şmıqal deyib.

“Bu müqavilə birbaşa təhlükəsizlik zəmanətləri ilə bağlıdır. Nə Ukrayna prezidenti, nə də Ukrayna hökuməti bu sazişi və onun imzalanmasını Ukraynanın təhlükəsizlik zəmanətlərindən ayrı hesab edəcək”, - Şmıqal bildirib.

Onun sözlərinə görə, hazırda təhlükəsizlik zəmanəti olmadan hər hansı müqavilənin imzalanması nəzərdən keçirilmir:

“Son iki həftə ərzində ABŞ və Ukrayna hökumətləri iqtisadi əməkdaşlıq haqqında saziş hazırlayıblar. Bu gündən etibarən bu müqavilə “Ukraynanın bərpası üçün İnvestisiya Fondunun Qayda və Şərtlərinin yaradılması haqqında Saziş” adlanır. Və əslində, bu, hüquqi tədbirləri nəzərdə tutan ilkin razılaşmadır. Bu, gələcəkdə Ukraynanın bərpası üçün investisiya fondunun yaradılmasıdır. Həm Ukrayna, həm də ABŞ bu fondu bərabər şəkildə idarə edəcək, onu dolduracaq və bu müqavilə bir sıra müddəaları nəzərdə tutur”.

Baş nazir qeyd edib ki, ABŞ hökuməti Ukraynanın davamlı sülhün qurulması üçün lazım olan təhlükəsizlik zəmanətlərini əldə etmək səylərini dəstəkləyir.

Tarix
2025.02.26 / 16:58
Müəllif
Axar.az
Digər xəbərlər

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla