Yuxarı

Bu maddə ABŞ-la Çini qarşı-qarşıya qoydu - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu maddə ABŞ-la Çini qarşı-qarşıya qoydu - Foto

ABŞ-la Çin arasında rüsum müharibəsi fentanil maddəsinə görə başlayıb. Vaşinqton hesab edir ki, Çində hazırlanan və qaçaqmalçılıq yoluyla ABŞ-a daşınan fentanil maddəsi güclü və sintetik ağrıkəsici kimyəvi preparat olaraq vətəndaşların bu dərmandan asılılığını artırır. Fentanil narkotikin yaradılmasında istifadə edilən xammal sayılır. ABŞ hökuməti Çini Meksika narkokartellərinin fentanil istehsalında istifadə etdiyi prekursor kimyəvi maddələrin əsas mənbəyi kimi müəyyən edib. Pekin sənaye və qeyri-qanuni narkotik ticarəti ilə mübarizə aparmaq üçün addımlar atdığını bildirib.

Axar.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində bildirilib.

Qeyd edilib ki, Vaşinqtonla Pekin arasında Bayden administrasiyası dönəmində də bu mövzuda müzakirələr gedirdi:

“Keçmiş dövlət katibi Entoni Blinken iki il əvvəl Çinə səfəri zamanı Pekinlə fentanil maddələrin Çindən ABŞ-a ixracı ilə bağlı məsələni həll etmək üçün işçi qrupun yaradılması barədə razılığa gəlmişdi. ABŞ-da hakimiyyət dəyişikliyindən sonra bu məsələnin üstünə Ağ Evin yeni sahibi Donald Tramp düşdü. Tramp administrasiyası fentanilin ABŞ-a daşınmasına görə Çindən gələn mallara əlavə idxal rüsumları tətbiq etməyə qərar verdi. “Çinə gəldikdə, onlar ölkəmizə fentanil göndərirlər. Və biz buna görə yüz minlərlə insanı öldürürük” deyən Tramp Çinin buna görə əlavə rüsumlar ödəməli olacağını vurğulamışdı. Ağ Ev sahibinin fikrincə, Çində istehsal olunan fentanil maddəsi Meksika və Kanada üzərindən ABŞ-a keçirilir. Trampın bu iddialarından sonra Kanada və Meksika ABŞ-la sərhəd-keçid məntəqələrinə nəzarəti artırdı. Ancaq bu, onları Trampın rüsumları artırmaq qərarından xilas etmədi.

Dövlət katibi Marko Rubio Donald Trampla eyni fikirdədir. Rubio “Foks Nyus” kanalına müsahibəsində fentanil maddəsinin ABŞ-a gizli yollarla daşınmasını nəzərdə tutaraq, Çinə qarşı yalnız rüsumların artırılması ilə kifayətlənməyəcəklərini bildirib. Ötən ayın əvvəlindən ABŞ-ın Çin mallarına qarşı yeni tarifləri qüvvəyə minib. Çin Vaşinqtonun bu addımını cavabsız qoymayaraq öz növbəsində ABŞ idxalına qarşı tarifləri elan edib. Pekin ABŞ-ın kömür və mayeləşdirilmiş təbii qazına 15%, xam neft, kənd təsərrüfatı texnikası və bəzi avtomobillərə isə 10% tarif tətbiq edəcəyini açıqlayıb. Tramp Çin lideri Si Szinpini “dostum” adlandırsa da, liderlər telefonla danışsalar da, iki ölkə arasındakı münasibətlər gərginləşməkdə davam edir. Bunun səbəbi, əlbəttə ki, tək fentanil maddəsi deyil...”

Tarix
2025.03.02 / 15:48
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan AB-nin mühüm iclasında iştirak edəcək

Sensasion həbslər gözlənilir, göz yaşına baxmayacaqlar

Mehdiyevin səfirə Türkiyə ilə bağlı təxribatçı tapşırığı

Ramiz Mehdiyevin həyat yoldaşı da dindirildi

Mehdiyevdən sonra onun həbsi gündəmdə - Avropa mediası yazdı

Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...

Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra "prezident otağına" niyə qayıdıb?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla