Yuxarı

Avropanın yalnız bir yolu var – Tramp buna razılaşacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropanın yalnız bir yolu var – Tramp buna razılaşacaq

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Londonda Ukrayna ilə bağlı sammitdə deyib ki, təcili olaraq Avropanı yenidən silahlandırmaq məcburiyyətindəyik. Bu sözləri illərdir eşidirik, ortada isə hərəkət yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ötən gün Londonda keçirilən sammitin nəticələri haqda qeyd edib.

O bildirib ki, Krımın ilhaqından 11 il, Rusiyanın Ukraynanın şərqinə hərbi müdaxiləsindən sonra isə 3 ildən çox vaxt keçib və bu müddətdə Avropanın bir çox lideri, o cümlədən NATO və AB rəhbərləri elə hey “təcili silahlanmalıyıq” deyirlər:

“Donald Trampı bəyənməsək belə, o, hələ ötən prezidentlik müddətində Avropa dövlətlərindən hərbi xərclərini artırmağı tələb etmişdi. Polşadan başqa Avropa digər dövlətləri Trampın sözlərini qulaqardına vurdular, düşündülər ki, Avropanın təhlükəsizlik yükünü əvvəlkitək ABŞ daşımaqda davam edəcək. Tramp bu dəfə açıq deyib ki, başınızın çarəsinə baxın. Avropa ölkələrinin təcili silahlanması zaman alacaq, buna qədər isə Rusiya işğalı genişləndirməyə çalışacaq, Ağ Evdəki qalmaqaldan sonra ABŞ Ukraynaya maliyyə və hərbi dəstək verməyəcək. Bu halda yeganə alternativ Avropa ölkələrinin ABŞ-dan pulunu ödəmək şərtilə silah və hərbi texnika alıb, onu Ukraynaya təhvil verməkdir.

Pulgir Tramp buna razılaşacaq”.

Tarix
2025.03.03 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

İlham Əliyev Malavi prezidentini təbrik edtdi

Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili

Qlobal çağırışlar: Azərbaycan diplomatiyasının uğurları...

Ukraynada SOCAR-ın YDM-i belə vuruldu – Anbaan video

Azərbaycan İsraildəki səfirini geri çağırdı - Təcili

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla