Yuxarı

Türkiyə səfiri İran XİN-də - Fidana daha bir etiraz

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə səfiri İran XİN-də - Fidana daha bir etiraz

İran xarici işlər nazirinin müavini Mahmud Heydəri Türkiyə Cümhuriyyətinin Tehrandakı səfiri Hicabi Kırlanğıç ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Martın 3-ü axşam saatlarında keçirilən görüşdə Türkiyə xarici işlər nazirinin son bəyanatlarına istinad edən Heydəri vurğulayıb:

“İki ölkənin ortaq maraqları və regional şərtlərin həssaslığı ikitərəfli münasibətlərdə fikir ayrılıqlarına və gərginliyə səbəb ola biləcək yanlış şərhlər və qeyri-real təhlillərin aparılmamasını tələb edir”.

Heydari İsrailin davam edən təcavüzü və genişlənməsini regionun sabitliyi və təhlükəsizliyi üçün ən böyük təhdid adlandırıb:

“Əhəmiyyətli islam ölkələrinin bütün səylərini sionist rejimin (İsrail – red.) məzlum Fələstin xalqı və Suriya da daxil olmaqla, regionun digər xalqlarına qarşı cinayət və təcavüzlərinin dayandırılmasına yönəltməsi gözlənilir”.

Xatırladaq ki, bundan öncə İran XİN sözçüsü Bəqai Türkiyə XİN rəbərinin sözlərinə cavab xarakterli açıqlama yaymışdı.

Qeyd edək ki, Hakan Fidan “Əl-Cəzirə”yə müsahibəsində İranın bölgədə öz maraqları üçün çoxlu vəsait xərclədiyini xatırladaraq, Suriyaya münasibətdə əvvəlki səhvlərin təkrarlanmaması gərəkdiyini bildirmişdi. Həmçinin İrana xatırlatmışdı ki, sizə daş atılmasını istəmirsinizsə, başqalarına atmayın.

Tarix
2025.03.04 / 01:51
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla