Yuxarı

ABŞ-dan Rusiyaya 40 illik zərbə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya uzun illər ABŞ-ın Vyentama silah satmaq qadağasından öz məqsədləri üçün istifadə edib.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi bildirib ki, Vaşinqton Rusiyanı bütün perimetr boyunca sıxışdırmağa başlayıb:

"Vaşinqton əvvəlcə Rumıniya, Polşa və Çexiyada raketlərdən müdafiə sistemləri yerləşdirməyə qərar verdi, ardından isə Baltikyanı ölkələrdə və Gürcüstanda hərbi təlimlər keçirdi. ABŞ Vyetnamla diplomatik münasibətləri 1995-ci ildə bərpa edib. İndi isə Vyetnam müharibəsindən 40 il sonra Vaşinqton müharibə etdiyi kommunist rejimə silah satmağa qərar verib".

Politoloq Vaşinqtonun Vyetnamla əlaqələrini intensivləşdirməsində iki praktik marağının olduğunu qeyd edib:

"Birincisi, Vaşinqton Çinlə Vyentam arasında bəzi ərazilərlə bağlı mübahisədə ikincinin tərəfini tutur. Təsadüfi deyil ki, aparılan sorğuların nəticəsinə görə, vyetnamlıların indiki nəslinin təxminən 70 faizi Amerikaya simpatiya ilə yanaşır. İkinci maraq isə Rusiya-Vyetnam hərbi əməkdaşlığını zəiflətməkdir. Məsələ burasındadır ki, Rusiya Vyetnama milyardlarla dollar silah satır və uzun illər ABŞ-ın Vyentama silah satmaq qadağasından öz məqsədləri üçün istifadə edib. İndi isə ABŞ bu bazarda da Rusiyanı sıxışdıracaq".

Qeyd edək ki, ABŞ Prezidenti Barak Obama dünən Vyetnama 3 günlük səfərə gedib.

Tarix
2016.05.24 / 10:42
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla