Yuxarı

Rusiya Fransa ordusunu darmadağın etməklə hədələdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Fransa ordusunu darmadağın etməklə hədələdi

Fransa Prezidenti Emmanuel Makron Parisin ABŞ-ın Avropadakı hərbi və nüvə mövcudluğunu məhdudlaşdıracağı təqdirdə AB-yə üzv dövlətlərə nüvə təhlükəsizliyi zəmanəti verməyə hazır olduğunu bəyan etməklə, ambisiya göstərir və bu, Avropa qitəsində kəskin hərbi-siyasi böhranın inkişafına təkan verə bilər.

Axar.az xəbər verir ki, bu sözləri “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

O qeyd edib ki, Makron dünyanı mümkün Üçüncü Dünya müharibəsi astanasına qoymaqla balanslaşdırır:

“Başa düşməliyik ki, Makronun bəyanatı Ukrayna böhranının həlli üçün Zelenskinin, eləcə də AB ölkələrinin heç bir iştirakı olmadan ABŞ və Rusiya arasında birbaşa danışıqların başlanması ilə bağlıdır. Paris Moskva və Vaşinqtonun sülh təşəbbüslərini dəstəkləmək əvəzinə faktiki olaraq tamamilə əks istiqamətdə hərəkət edir”.

Korotçenkonun fikrincə, bununla bərabər Makronun hansısa “sülhməramlı missiya”nı yerinə yetirmək üçün Ukrayna ərazisinə Fransanın milli hərbi kontingentini daxil etməyə hazır olduğunu deməsi Avropa qitəsində hərbi-siyasi gərginliyin yeni mərhələsi və AB ilə Rusiya arasında genişmiqyaslı hərbi-siyasi toqquşma yaratmaq üçün təxribatdır:

“Rusiya sülh danışıqları ilə paralel olaraq Ukraynaya xarici qüvvələrin yeridilməsi ilə bağlı elan edilmiş planlara AB-nin müvafiq ölkələrinin rus ordusuna qarşı hərbi əməliyyatlara girməsi kimi baxacaq və onların aqressivliyinə qarşı öz arsenalında mövcud olan bütün qüvvə və vasitələrdən istifadə edəcək”.

Tarix
2025.03.07 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla