Yuxarı

Zelenski üzr istəyəcək? – Ukraynadan cavab

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenski üzr istəyəcək? – Ukraynadan cavab

Kiyev Ukrayna Prezidenti Vladimir Zelenskinin Ağ Evdəki davranışına görə üzr istəməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Fransanın “Le Point” nəşrinə müsahibəsində deyib.

Podolyak bildirib ki, Zelenski forma və məzmun baxımından tamamilə haqlı idi:

“Ukrayna prezidenti amerikalı tərəfdaşlarına Rusiyaya təzyiq etmədən heç bir iş görülməyəcəyi ilə bağlı əsas ideyanı çatdırmağa çalışır. Ona görə də olmayan səhvə görə üzr istəməyəcəyik”.

Podolyak Ağ Evdəki mübahisəni Zelenskinin və onun vasitəsilə bütün ukraynalıların alçaldılması kimi qiymətləndirməyib:

“Bu, alçaldılma məsələsi deyil. Bu, siyasi liderlər arasında çox emosional müzakirədir. Paradoksal olsa da, bu görüş müəyyən mənada faydalı oldu. Fərqlərimizi vurğulamaqla biz öz fikirlərimizi aydınlaşdıra bilərik”.

O əlavə edib ki, Kiyev bu mübahisəyə görə Trampı düşmən hesab etmir:

“Amerika lideri son günlərin qızğın müzakirələrinə baxmayaraq, Ukraynanın tərəfdaşı olaraq qalır. Kiyev ABŞ-la konstruktiv münasibətləri saxlamalı və fikir ayrılıqlarını ikitərəfli münasibətlər çərçivəsində həll etməlidir”.

Zelenskinin Trampla münasibətləri necə bərpa edə biləcəyi ilə bağlı suala cavabında Podolyak deyib ki, ABŞ prezidenti və onun komandası ilə “dostlaşmaq” söhbəti yoxdur:

“Bu, geosiyasət məsələsidir. Ukrayna üçün ABŞ-la müsbət ikitərəfli münasibətləri davam etdirmək son dərəcə vacibdir”.

O qeyd edib ki, Ukraynanın ABŞ-a ehtiyacı var, çünki o, hərbi məhsulların ən böyük istehsalçısıdır. Podolyak ABŞ-ın diplomatik dəstəyinin ağırlığını “müqayisəolunmaz” adlandırıb.

Tarix
2025.03.07 / 23:41
Müəllif
Axar.az
Digər xəbərlər

Bu kəndlərin Azərbaycana qaytarılmasından 2 il ötür

Naxçıvan hava limanı niyə riskli sayılır? – Səbəb

AZAL rəhbəri aviabiletlərin qiymətindən danışdı

Rusiya AZAL-a görə kompensasiyanı nə vaxt verəcək?

Bayrağımızı yerdən qaldıran məktəbli mükafatlandırıldı

İqlim dəyişikliyinin əsas səbəbi budur - Ekoloq

Qurbanovdan mərhum atası haqda duyğusal yazı - Video

Qarabağ və Şərqi Zəngəzurda 9 şəhər yenidən qurulur

Prezidentin sosial media hesabında WUF13-lə bağlı paylaşım...

Azərbaycan Çinə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla