Yuxarı

Yanğına görə ailə özünü 5-ci mərtəbədən atdı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada yanğından xilas olmaq üçün ailə uşaqları ilə birgə özünü beşinci mərtəbədən atıb.

ANS-in məlumatına görə, Vladimir əyalətinin Strunino şəhərində yaşayış binalarının birində yanğın baş verib.

Yanğın 4-cü mərtəbədə qeydə alınıb. Hadisədən xilas olmaq üçün isə beşinci mərtəbədə yaşayan bir ailə balaca uşaqları ilə birgə özünü aşağı atmaq qərarına gəlib. Tüstü bütün binanın girişini tamamilə tutduğu üçün ailə başçısı belə məcburiyyət qarşısında qalıb.

Məlumata görə, ailə bu qərara ani gəlib. Onlar evdə artıq nəfəs almağın mümkün olmadığını gördükləri üçün eyvana çıxıblar. Daha sonra eyvanın da tüstü ilə əhatə olunduğunu gördükdə qorxularından özlərini aşağı atıblar.

Həmin an qonşular və yoldan keçənlərin dərhal reaksiya verməsi ailəni böyük bir faciədən xilas edib. Onlar ailənin eyvana çıxdığını gördükdən sonra dərhal mələfələr gətiriblər. Valideynlər ilk olaraq aşağı 11 aylıq oğlunu, onun ardınca balaca qızını atıblar. Sonra ana və ata da özlərini aşağı atıblar. Ailə üzvlərindən təkcə ata xəsarət alıb. O, asfalta dəydiyi üçün sınıq xəsarəti alıb.

Yaralını dərhal xəstəxanaya aparıblar. Onun həyatı üçün hazırda təhlükə yoxdur. Hadisə yerinə gələn yanğınsöndürənlər yalnız yarım saat ərzində yanğını söndürə biliblər. Versiyalardan birinə görə, hadisəyə 4-cü mərtəbədə yaşayan qadının qaz sobası ilə ehtiyatsız davranması səbəb olub.

Tarix
2016.05.25 / 11:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...

İran mediası Rəisi ilə bağlı bu xəbəri sildi

Sərhəddə açılış: İlham Əliyev və Rəisi iştirak etdi - Yeniləndi

İlham Əliyev Rəisi ilə görüşdü - Foto

XİN Türkiyədəki bu bayramla bağlı paylaşım etdi

Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?

Mierinyanın Füzuli səfərində diqqət çəkən detal - Foto

Polis erməni deputatları sərhədimizə buraxmadı

İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi

İran-Azərbaycan dostluğu sarsılmazdır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla