Yuxarı

Almaniyada partiyalar koalisiya müzakirələri üçün razılığa gəldi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniyada partiyalar koalisiya müzakirələri üçün razılığa gəldi

Almaniyada fevralın 23-də keçirilən parlament seçkilərinin qalibi Xristian Birlik Partiyaları (CDU/CSU) ilə Sosial Demokrat Partiyası (SPD) arasında koalisiya müzakirələrinə başlamaq üçün əsas məsələlər barədə razılığın əldə olunduğu açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə CDU sədri Fridrix Merz, CSU sədri Markus Söder, SPD-nin həmsədrləri Lars Klinqbayl və Saskia Esken Berlində təşkil olunan birgə mətbuat konfransında məlumat veriblər.

Fridrix Merz müzakirələrdə miqrasiya, maliyyə, əmək bazarı, iqtisadiyyat mövzularının diqqət mərkəzində saxlanıldığını vurğulayıb. O, yeni hökumətin fəaliyyətə başlayacağı gündən etibarən sərhəd yoxlamalarını ciddi şəkildə artıracağını, ölkədən sığınacaq almaq üçün müraciətlərlə bağlı sərhədlərdən geri qaytarmaların həyata keçiriləcəyini açıqlayıb. Həmçinin ölkə iqtisadiyyatının 1-2 faizlik böyümə hədəfinin müəyyən edildiyi elan olunub.

Tarix
2025.03.08 / 20:29
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla