ABŞ prezidenti Barak Obama vəzifəsini başa vurduqdan
sonra yaşamaq üçün Vaşinqtonda ev tapıb.
ANS-in
məlumatına görə, prezident 43 milyon dollarlıq bir villanı kirayəyə
götürüb. Bu villanın 9 yataq otağı və 8 vanna otağının olduğu
deyilir.
Bu ilin noyabr ayında ABŞ-da keçiriləcək seçkilərdən sonra Barak
Obama prezidentlik postunu tərk edəcək. Obamanın yaşayacağı yeni
mənzili Bil Klintonun mətbuat katibi Coi Lokartdan aldığı
bildirilir. 1928-ci ildə inşa edilən villanın ən üst mərtəbəsində
Obamının iş otağı yerləşəcək.
Daha əvvəl Barak Obama öz bəyanatında bildirib ki, hakimiyyətini
başa vurduqdan sonra bir neçə il Vaşinqtonda yaşayacaq.
"Biz Saşa (prezidentin kiçik qızı - red.) məktəbi bitirənədək
hələ bir neçə il paytaxtda yaşamağı fikirləşirik. Təhsil ilinin
ortasında köçmək - dərslərdə çətinlik yarada bilər", - deyə Obama
bildirib.
Artıq ikinci müddətdir ki, ABŞ
prezidenti olan Barak Obama 2 qız atasıdır. 1992-ci ildə Mişel
Obama ilə ailə həyatı quran siyasətçi Maliya Obama (1998) və Saşa
Obama (2001) adlı iki qız övladı var. Hər iki prezident qızı
Vaşinqtondakı "Sidwell Friends School" məktəbində
oxuyurlar.