Yuxarı

Ukrayna ilə bağlı dəhşətli statistika…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi və təsdiq olunmuş məlumatlara görə, 2024-cü ildə Ukraynada 495.096 insan ölüb, doğulan uşaqların sayı isə cəmi 176.679 olub. Dəhşətli mənzərədir, ölüm sayı doğulan uşaq sayından 3 dəfəyə yaxın çoxdur. Dünyada ən fəlakətli demokrafik vəziyyət məhz Ukraynadadır.

Axar.az xəbər verir ki, bu sözləri siyasətçi Natiq Cəfərli qeyd edib.

O bildirib ki, ölkə əhalisinin 10 mln. nəfərə yaxını xaricdədir – 3 mln. ukraynalı ya Rusiyaya köçüb, ya da Rusiyanın işğal etdiyi ərazilərdə yaşayırlar, 7 mln. ukraynalı isə AB ölkələri, Britaniya, ABŞ, Kanada və Türkiyəyə sığınıb:

“Bunlardan 4 mln. nəfərə yaxını artıq köçdükləri ölkəyə inteqrasiya olub, iş tapıb, uşaqlara məktəbə gedir, dil öyrənib. Sorğulara görə, köçənlərdən cəmi 30%-i nə vaxtsa Ukraynaya qayıdacaqlarını ehtimal edir.

Atəşkəs olarsa, çox ümid edirəm ki, qəhrəman Ukrayna xalqı bundan çox verimli istifadə edəcək, korrupsiyasız, ədalətli sistem quracaq, iqtisadiyyatını inkişaf etdirərək əzmlə “postputin” dönəminə qədəm qoyacaq. Amma demoqrafik fəlakətin qarşısını almaq çətin olacaq. BMT-nin hesabatlarına görə, 2050-ci ildə Ukraynada 25 mln., 2100-cü ildə isə cəmi 15 mln. əhali yaşayacaq. Bu, dövlət və təhlükəsizlik üçün böyük təhdid və çağırışdır.

Amma vəziyyəti düzəltmək olar: dünya ölkələrində son müharibədən qaçanları da nəzərə alsaq, hardasa, 20 milyondan çox ukraynalı yaşayır, Rusiyada isə 10 mln. nəfərə yaxın etnik ukraynalı var. Ukraynada ədalətli rifah dövləti qurulsa, onların, heç olmasa, 30-35%-i geri dönsə, vəziyyəti düzəltmək olar. Ədalətli rifah dövləti təsis edilsə, bu, Rusiyanı da içdən dağıdacaq, etnik ukraynalıların vətənlərinə köçünə, rusların isə öz hökumətlərinə, avtoritar və yoxsul məmləkəti idarə edən “elitaya” qarşı etirazların artmasına səbəb olar.

Torpaq, ərazi təbii ki, çox vacibdir, amma insan daha vacibdir – səbirlə, ağılla yanaşsalar, orta və uzun zamanlı oyun qura bilsələr, Ukrayna qalib çıxa bilər. Zatən bu müharibə tarixdə “axmaqların savaşı” kimi qalacaq – səngərin bir tərəfində İvan Vasilyev, digər tərəfində dayanan Vasili İvanova atəş açır. Kremlin ağılsız, düşüncəsiz, vəhşi ekspansiya, Qərbin isə insanlıq düşməni qızışdırıcı siyasəti nəticəsində indi, yəni bu günə, uduzan həm İvan Vasilyevdir, həm də Vasili İvanov, qazanan isə siyasi, hətta tarixi divident əldə edən Avropa, maddi qazanc görən ABŞ, Rusiyanın təbii sərvətlərinə qəpik-quruşa alan Çindir”.

Tarix
2025.03.12 / 21:31
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakı bu ölkəni təbrik etdi

Pezeşkiandan Azərbaycanla bağlı çağırış

Azad edilmiş ərazilərdə radioaktiv maddələr aşkarlandı

Suriya və İsrail Bakıda danışıqlar aparıb - Hacıyev

Təyyarəmizin vurulması: Rusiyadan bunu gözləyirik!

Bakının 1 gündə 2 jestinə Rus Ayısının cavabı: Bu, tarixi şansdır!

Erməniləri Qarabağdan qovmamışıq - Hikmət Haciyev

Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət etməsi...

Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma...

Azərbaycanlı iş adamları Rusiyanı təcili tərk edir – Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla