Yuxarı

Mirzoyan “türk” sözündən incidi... - İrəvanda qalmaqal

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mirzoyan “türk” sözündən incidi... - İrəvanda qalmaqal

Ermənistanda hökmət iclasından sonra insident yaşanıb.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, iclasdan sonra jurnalistlər xarici işlər naziri Ararat Mirzoyandan sualları cavablandırmasını istəyiblər.

Mirzoyan suallara cavab verməkdən imtina edib. Bu vaxt jurnalistlərdən biri deyib ki, siz ancaq türk həmkarlarınızla danışırsınız, cənab Mirzoyan? Bu sözlərdən sonra Mirzoyan geri qayıdıb və deyib:

“Əvvəla, mən sizin dediklərinizi son dərəcə kobud, tərbiyəsiz və qeyri-peşəkar hesab edirəm. İkincisi, bu peşəkar jurnalist fəaliyyəti deyil, siyasi aksiyadır. Ayıb olsun sənə”.

Jurnalistlərdən biri “Utanmalısan ki, gəlib bizi biabır etdin” deyib.

Mirzoyan isə cavabında bildirib ki, sizdən kimsə “yalnız türk həmkarlarınızla danışırsınız” deyəndə, mənim “ayıb olsun” demək haqqım var.

Qeyd edək ki, bir qrup türkiyəli jurnalistin Ermənistana səfəri və Paşinyandan müsahibə alması Ermənistanda ciddi müzakirələrə səbəb olub.

Tarix
2025.03.13 / 16:17
Müəllif
Axar.az
Digər xəbərlər

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla