Yuxarı

BMT İmamoğlunun həbsinə reaksiya verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT İmamoğlunun həbsinə reaksiya verdi

BMT İnsan Haqları Şurası İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu da daxil olmaqla, bir çox şəxsin həbs edilməsinə və bu səbəbdən təşkil edilən etirazlara polisin müdaxiləsinə reaksiya verib.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, açıqlamada Türkiyədəki mövcud vəziyyətdən narahatlıq ifadə edilərək, həbs edilən jurnalistlərin və etirazçıların azadlığa buraxılması tələb edilib.

“Son bir həftə ərzində demokratik yolla seçilmiş Əkrəm İmamoğlu da daxil olmaqla, ən azı 92 nəfərin həbs olunmasından dərin narahatıq. Bu həbslər ümummilli nümayişlərə səbəb oldu və üç şəhərdə etirazlara qeyri-qanuni qadağa qoyuldu.

Etirazlar zamanı azı 9 media işçisi də daxil olmaqla, 1000-dən çox insan saxlanılıb. Hüquqlarından qanuni şəkildə istifadə etdiklərinə görə tutulanların hamısı dərhal və qeyd-şərtsiz azad edilməlidir. İttiham olunan şəxslərə ləyaqətlə yanaşılmalı və onların seçdiyi vəkilə müraciət etmək də daxil olmaqla, ədalətli məhkəmə araşdırması üçün tam hüquqlar verilməlidir”, - açıqlamada qeyd olunub.

Həmçinin etirazçılara qarşı qanunsuz güc istifadəsinin də araşdırılmalı olduğu vurğulanıb:

“Biz hakimiyyəti ifadə və sərbəst toplaşmaq azadlığı hüquqlarının beynəlxalq hüquq normalarına uyğun olaraq müdafiəsini təmin etməyə və etirazçılara qarşı qeyri-qanuni güc tətbiqi ilə bağlı iddiaların dərhal və hərtərəfli araşdırılmasını təmin etməyə çağırırıq”.

Tarix
2025.03.26 / 12:57
Müəllif
Axar.az
Digər xəbərlər

MM təsdiqlədi: Bu dövlət rüsumu 50 manat oldu

Azərbaycanın bu modeli 700 milyon insana xidmət edir

Baş nazirdən Şuşa ilə bağlı yeni qərar

Berdiməhəmmədov sabah Gürcüstana səfər edəcək

Burada olmaq həmişə şərəfdir - Hikmət Hacıyev

Türkiyə növbəti dəfə bütövlüyünü qorudu - Vəliyev

Hüseyn Əsgərli bu mərkəzin direktoru təyin edildi

Azərbaycana turist axınının azalmasının səbəbi...

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla