Yuxarı

İmamoğlunun həbsi Türkiyəyə 25 milyard dollara başa gəldi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İmamoğlunun həbsi Türkiyəyə 25 milyard dollara başa gəldi

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra bazarlarda yaranan qarışıqlığın ardından Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək və Türkiyə Mərkəzi Bankının (TMB) sədri Fateh Qaraxan xarici fond rəhbərləri ilə görüşüb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Fateh Qaraxan bazarlardakı qarışıqlığı sakitləşdirmək üçün lazım olan hər şeyi edəcəklərini bildirib.

Qaraxan bu vəziyyətin müvəqqəti olduğunu bildirib.

O, İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan istintaqın ilk üç günündə bazarlardakı şokun qarşısını almaq üçün TMB-nin nə qədər valyuta satdığı ilə bağlı məlumatları da paylaşıb.

İclasda iştirak edən mənbələrdən əldə edilən məlumata görə, ilk gün, yəni martın 19-da 10 milyard dollar, ikinci gündə isə 3 milyard dollarlıq satış edilib. Bazardan ən yüksək tələb üçüncü gün - martın 21-də olub. Həmin gün TMB 12 milyard dollar satıb.

Beləliklə, 3 gündə cəmi 25 milyard dollar satılıb.

Tarix
2025.03.26 / 17:02
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla