Yuxarı

Paşinyanın “Qarabağ hərəkatı bitdi” deməsinin səbəbi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyanın “Qarabağ hərəkatı bitdi” deməsinin səbəbi

Baş nazir Nikol Paşinyan parlamentdəki son çıxışında “Qarabağ hərəkatı fəaliyyətini dayandırmalıdır” deməklə sanki bilərəkdən cini şüşədən çıxartdı.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

“Onun bu açıqlamasından sonra radikal müxalifət təmsilçiləri “Qarabağ hərəkatına” dəstək ifadə etdilər, bir qrup erməni separatçı isə İrəvanın mərkəzi meydanında çadırlar qurmağa başlayıb. Görünür, Paşinyana elə bu lazım idi. Paşinyan iki il əvvəl ona qarşı yürüşə başlayan, ancaq uğur qazanmayan keşiş Baqrat Qalstanyanı eyni üsulla taqətdən salmışdı. Əvvəlcə onun yürüşünə şərait yaratdı, aylarla davam edən müqavimət hərəkatı tərəfdar toplaya bilmədi. Biabır olan keşiş arxa plana keçdi”, - o bildirib.

Politoloqun sözlərinə görə, Paşinyan “Qarabağ hərəkatı” ilə mübarizədə erməni cəmiyyətinin əksər hissəsinin ona dəstək verəcəyinə arxayındır:

“Əks halda baş nazir riskə gedib, “əgər Ermənistan xalqı mənim qərarıma qarşı çıxarsa, o zaman mən Ermənistanın baş naziri olmayacağam” ifadəsini işlətməzdi. Ermənistan əhalisi İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra “Qarabağ hərəkatı”, “Qarabağa qayıdış” kimi şüarlara dəstək verməyəcək. Paşinyan bu yolla seçiciləri arasında mövqeyini gücləndirməyə çalışacaq. Ermənistan əhalisi Paşinyanın “Azərbaycanla sülhə çalışmalıyıq” yanaşmasıyla radikal müxalifətin “Qarabağa qayıtmalıyıq” yanaşması arasında birinciyə üstünlük vermək məcburiyyətindədir. Çünki ikinci seçim Ermənistanı Azərbaycanla müharibədə növbəti ağır məğlubiyyətə sürükləyəcək”.

Tarix
2025.03.31 / 00:35
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla