Yuxarı

Moskva Nikolun göz yaşlarına inanmır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskva Nikolun göz yaşlarına inanmır

Son aylar Ermənistanla Rusiya arasında münasibətlərdə istiləşmə müşahidə olunsa da, Moskva Paşinyan hakimiyyətinə inanmır.

Axar.az xəbər verir ki, bunu Rusiya Erməniləri İttifaqının rəhbəri, Kremlə yaxın olan erməni oliqarx və milyarder Ara Abramyan deyib.

Onun sözlərinə görə, geosiyasi dəyişikliklər fonunda, xüsusən də ABŞ-da keçirilən seçkidən sonra Rusiya-Ermənistan ikitərəfli dialoqunda müəyyən irəliləyiş əldə olunub:

“Bunu xüsusilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya son səfəri sübut edir”.

Lakin Abrahamyan iddia edir ki, Ermənistan rəhbərliyinin hərəkətlərində ardıcıllıq yoxdur:

“Sadəcə bəyanatlar verilir, amma parlament AB-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsini qəbul edir. Nə baş verdiyi bəlli deyil. Hər şey qeyri-sabitdir. Paşinyana etibar yoxdur”.

Abramyanın sözlərinə görə, o, tez-tez Rusiya tərəfi ilə ünsiyyət qurur və bu söhbətlərdə vurğulayır ki, Ermənistandakı mövcud hakimiyyət müvəqqəti bir fenomendir.

Tarix
2025.04.01 / 15:55
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla