Yuxarı

“SpeysX” daha 28 peyki orbitə çıxardı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“SpeysX” daha 28 peyki orbitə çıxardı

“Falkon 9” daşıyıcı raketi “Starlink” sisteminin qlobal internet əhatə şəbəkəsinin orbital qruplaşmasını tamamlamaq üçün 28 mini peykdən ibarət partiyanı uğurla orbitə çıxarıb.

Axar.az xəbər verir ki, bu barədə “SpeysX” məlumat yayıb.

Şirkətin məlumatına əsasən, raketin buraxılışı şənbə günü ABŞ-ın Şərq sahili vaxtı ilə saat 23:07-də (Bakı vaxtı ilə bazar günü saat 07:07-də) Floridadakı Kanaveral burnundan həyata keçirilib. Təxminən bir saat sonra peyklər daşıyıcının ikinci pilləsindən ayrılaraq orbitə çıxıblar.

Qeyd olunub ki, buraxılış çərçivəsində 19-cu dəfə istifadə olunan daşıyıcı raketin birinci çoxistifadəli pilləsi ayrıldıqdan sonra Atlantik okeanında “Just Read the İnstructions” dron-dəniz platformasına idarə olunan şaquli eniş həyata keçirib.

2019-cu ilin may ayından bəri “Starlink” layihəsi çərçivəsində “SpeysX” şirkəti artıq 8,2 mindən çox belə peyk buraxıb. Onların bir qismi sıradan çıxıb və ya orbitdən sürüşüb. Təxminən 7,2 min aparat orbitdə işlək vəziyyətdədir.

Tarix
2025.04.06 / 12:38
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla