Yuxarı

Rusiya Fransaya nota verdi - Diplomatik qalmaqal

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Fransaya nota verdi - Diplomatik qalmaqal

Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşının Paris hava limanında saxlanması ilə bağlı Fransa səfiri XİN-ə çağırılıb.

Axar.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Aprelin 6-da Şarl de Qoll hava limanında baş verənlər heç bir izahata sığımır. Fransa Sərhəd Xidməti Rusiya XİN-in əməkdaşını, Rusiya rəsmi nümayəndə heyətinin üzvünü heç bir izahat vermədən saxlayıb, telefonunu və kompüterini müsadirə edib. Rusiya səfirliyi dərhal konsulluq əməkdaşını hava limanına göndərib. Diplomat rəsmi nümayəndə heyətinin tərkibində olan həmkarını görməyə icazə almaq üçün təxminən 7 saat gözləməli olub. Rusiyanın Parisdəki səfirliyi Fransa XİN-ə etiraz notası göndərib.

Rusiya Xarici İşlər Nazirliyi Fransa səfirliyinin rəhbərliyinə öz etirazını bildirib. Atılan addımlar nəticəsində həmkarımıza sonda ölkəyə giriş icazəsi verilsə də, o, bir gün hava limanının sərhəd zonasında qalmalı olub”, - o bildirib.

Tarix
2025.04.09 / 14:47
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla