Yuxarı

“Son zəng”də bunlar qadağan edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Son zəng”də bunlar qadağan edildi

Azərbaycanın ümumi təhsil müəssisələrinə 2024-2025-ci tədris ilinin “Son zəng” tədbirlərinin keçirilməsini tənzimləyəcək təlimat göndərilib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, builki “Son zəng” tədbirlərində məzunlar da daxil olmaqla bütün şagirdlər məktəbli forması geyinməlidirlər.

Tədbirlər zamanı səsləndirilən musiqilərin seçiminə ciddi nəzarət edilməli, bayağı musiqilərin səsləndirilməsinə yol verilməməlidir.

Eyni zamanda, məzunlar yalnız Azərbaycan milli rəqslərini ifa etməlidirlər. Vals və müasir rəqslər qadağandır. Tar, saz, kamança kimi milli musiqi alətlərinin canlı ifasına üstünlük verilməlidir. Azərbaycan xalq mahnıları və milli rəqslərimiz tədbir proqramına mütləq daxil edilməlidir.

Məktəbin yerləşdiyi bölgənin mədəni xüsusiyyətlərini əks etdirən rəqs və musiqilərə üstünlük verilməlidir.

Təlimatda daha sonra qeyd edilib ki, tədbir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində keçirilməlidir. Həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrində tədbir idman və ya akt zallarında təşkil olunmalıdır. Tədbirin ümumi müddəti 45 dəqiqə ilə məhdudlaşır.

Tədbirdə siyasi, dini, ideoloji simvolların əks olunması da yolverilməz sayılır.

“Son zəng”lə bağlı təlimatın tələblərinin pozulduğu hallar baş verərsə həmin məktəbin rəhbərliyi və digər məsul şəxslərlə bağlı ölçü götürüləcək.

Tarix
2025.04.10 / 15:48
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla