Yuxarı

İranda tanınmış ruhani “İsrailə dəstəyə görə” həbs olundu - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda nüfuzlu ruhani Ayətullah Məhəmməd Cavad Mühəqqiq Yəzdi İsrailə dəstək ittihamı ilə həbs olunub.

Axar.az xəbər verir ki, bu barədə "Azad İran" Yutub kanalında yayımlanan növbəti videosüjetdə qeyd olunub.

Bildirilib ki, İranda mövcud hakimiyyətin və onun rəhbərinin ünvanına vaxtaşırı kəskin tənqidlər səsləndirən Ayətullah Yəzdi barəsində ruhanilər üçün xüsusi məhkəmədə aparılan araşdırma ötən həftə başa çatıb.

O, çıxarılan hökmün icra olunmasından ötrü həbsxanaya çağırılıb. Məşhur mərceyi-təqlid Mirzə Cavad Təbrizinin tələbələrindən olan və Qumda müdərris, tədqiqatçı, vaiz kimi fəaliyyət göstərən Ayətullah Yəzdi bu barədə özü məlumat verib.

O, aprelin 9-da şəxsi Teleqram kanalında izləyicilərinə müraciət edib:

"Möminlərin dönə-dönə verdikləri sualın cavabında bildirirəm: bir neçə gün əvvəl Qum Xüsusi Məhkəməsinin 5-ci şöbəsindən mənimlə əlaqə saxlayıb bildirdilər ki, sizin mühakimə edilməyinizlə bağlı ilkin hökmlər olduğu kimi təsdiqlənib və qətiləşib, işi hökmlərin icrasına yönəldəcəyik, onlar da sizinlə əlaqə saxlayacaqlar. Bu gün həmin nömrədən mənə zəng vurub dedilər ki, hökmləri icra edirik, sabah saat 9-da burada olun. Ona görə həbs cəzasını çəkmək üçün əziz izləyicilərin xidmətindən mürəxxəs oluram və hamını Allaha tapşırıram. Məlumat üçün mənə verilən ittihamları və çıxarılan hökmləri qeyd edirəm: İsraili dəstəkləmək ittihamı ilə dörd il, mövcud quruluş əleyhinə təbliğat ittihamı ilə bir il, Xomeyni və Xameneini təhqir etmək ittihamı ilə iki il həbs. Eyni zamanda, məni ruhani libası geymək hüququndan həmişəlik məhrum ediblər”.

Buradan aydın olur ki, məşhur ruhani ümumilikdə 7 il həbs cəzasına məhkum edilib.

Tarix
2025.04.15 / 17:35
Müəllif
Axar.az
Digər xəbərlər

Mirziyayevin Azərbaycana səfəri əhəmiyyətlidir, çünki...

Rusiyadan Azərbaycana gələn turist sayında azalma var?

Bakı-Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir

Xankəndidə Şimali Kipr bayrağının asılması... - Tatar

Əliyevlə danışdım: Suriya ilə bağlı buna hazırdır

Ərdoğandan Bakı-Moskva gərginliyinə münasibət

Əliyev buna çox önəm verir: Zəngəzur dəhlizi açıldığı zaman...

Azərbaycanla Pakistan arasında memorandum imzalandı

Türkiyədən Rusiyaya sərt siyasi mesaj: Koalisiyaya qoşuldu!

Prezident venesuelalı həmkarını təbrik edib

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla