Yuxarı

Əbru əri üçün kirayə ev tutdu: Zərrab azadlığa çıxır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Əbru Gündəş Amerikada məhbus olan həyat yoldaşı Rza Zərrab üçün Manhettendə kirayə ev tutub.

Musavat.com xəbər verir ki, ötən gecə "Şişli Günay" restoranında səhnəyə çıxan sənətçi şən hərəkətləri ilə diqqət çəkib. Həyat yoldaşının Amerikada həbs olunmasının təsirindən çıxan Gündəş konsert boyu tamaşaçılarla zarafat edib. Qonaqlarla tez-tez ünsiyyət quran müğənni etiraf da edib:

"Çox gözəl bir axşamdır. Mahnılarımı qarşınızda həyəcanlanaraq söyləyirəm. Hər zaman sizinlə birlikdə dərdləndik, kədərləndik, köhnə eşqləri xatırladıq".

Gündəşin gözəl əhval-ruhiyyədə olması "Zərrab pul cəzası ilə sərbəst buraxılsa, yaşaması üçün evi hazırdır. Əbru Nyu Yorkdakı bir göydələndə ev tutub. Əhvalı da ona görə düzəldi. Yəqin, Zərrab sərbəst buraxılacaq", - iddialarının səslənməsinə səbəb olub.

Qeyd edək ki, R.Zərrab martın 19-da Mayami aeroportundan ABŞ-a girmək istəyərkən FTB agentləri tərəfindən saxlanılıb və məhkəmədə həbs olunub. İran əsilli iş adamı ABŞ-ın mənafelərinə qarşı komplo qurmaq, İrana qarşı tətbiq olunan ABŞ embarqosunu pozmaq, bank saxtakarlığı və çirkli pulların yuyulması cinayətlərinə görə ittiham olunur. Onun zaminə buraxılması üçün 50 milyon girov təklif edilib.

Tarix
2016.06.05 / 16:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kiyev yaxın günlərdə Rusiyaya zərbə endirəcək

Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla