Yuxarı

Kütləvi həbslər: Hərbçi və məmurlar tutuldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanda bir sıra məmurlar və hərbçilər hakimiyyət dəyişikliyinə cəhddə ittiham edilərək, tutulublar.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Mətbuat Xidməti yayıb. Həbs edilənlər arasında baş prokurorun keçmiş birinci müavini İlyas Baxtıbayev, Cənubi-Qazaxıstan vilayətinin Daxili İşlər Departamentinin keçmiş rəisi general-mayor Kibratqulu Doskalıyev, polis polkovniki Saken Aytbekov, Müdafiə Nazirliyinin iki polkovniki Bekzat Jumin və Kayrat Berlibayev olublar.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi iş adamı Toxtar Tuleşovun hakimiyyət çevrilişə cəhd etdiyini bildirib. Komitə Tuleşovun bir müddət öncə torpaq islahatları əleyhinə keçirilən aksiyaların əsas sifarişçisi olduğu barədə açıqlama yayıb.

Qeyd edək ki, ötən gün Qazaxıstanda bir qrup şəxs əvvəlcə Aktobe şəhərindəki mağazalardan birinə, daha sonra isə hərbi hissəyə hücum edib. Nəticədə 6 nəfər, o cümlədən 3 hərbçi həlak olub, 10 hərbçi yaralanıb. Hüquq mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat zamanı isə 4 terrorçu məhv edilib, 2-si yaralanıb, 7 nəfər ələ keçirilib.

Az öncə verilən açıqlamada daha 5 terrorçunun zərərsizləşdirildiyi, 2 nəfərin isə ələ keçirildiyi bildirilib.

Tarix
2016.06.06 / 13:28
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla