Yuxarı

Polşa NATO-nu savaşa sürükləyir - Şpigel

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşada start götürən Anakonda-16 hərbi təlimləri NATO rəhbərliyini narahat edir.

Axar.az xəbər verir ki, bu iddia ilə Der Şpigel nəşri çıxış edib.

Nəşrin iddialarına görə, Alyans 24 ölkədən 31 min hərbçinin iştirak etdiyi bu təlimlərin "açıq-aşkar Rusiyaya yönəldiyini" və ehtiyac olmadan real müharibə ssenarisi yaratdığını hesab edir:

"Varşavanın təzyiqi ilə Anakonda-16 təlimlərində demək olar ki, bütün NATO ölkələri, o cümlədən, ABŞ iştirak edir. Brüsseldə rəsmi Moskva ilə dialoq haqqında müzakirələr gedərkən, Polşa müharibə oyunu oynayır. NATO Rusiyanı "əsəbiləşdirməmək üçün" Gürcüstanı və Ukraynanı öz tərkibinə qatmaq istəmədiyi bir vaxtda, Polşa onları hərbi təlimlərə dəvət edir".

Nəşrin sözlərinə görə, hazırda NATO rəhbərliyi Polşanı "sakitləşdirməyə" çalışır. Polşa isə anti-Rusiya siyasətindən geri çəkilmək niyyətində deyil.

Xatırladaq ki, daha öncə Kreml sözçüsü Dmitri Peskov Polşada keçirilən təlimlərin regionda sabitliyə və təhlükəsizliyə təhdid olduğunu açıqlamışdı.

Tarix
2016.06.08 / 11:55
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

İrəvan cavab verib, Zaxarova guya bilmir...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla