Yuxarı

İran Suriyaya yüzlərlə peşəkar hərbçi göndərdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran Suriyaya yüzlərlə peşəkar hərbçi göndərdi

Suriya rejiminin ən böyük müttəfiqi olan İranın prezidenti Bəşər Əsədə hərbi yardım göndərməkdə davam edir.

"Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, İran Əsəd rejiminə yardım üçün yüzlərlə hərbi heyəti Suriyaya göndərb.

Göndərilən hərbçilər arasında İran İnqilab Keşikçiləri Korpusunun xarici əməliyyatlar üzrə bölüyü olan Qüds Qüvvələrinin komandirləri də yer alır.

Aktiv əməliyyatlarda iştirak etməyən iranlı hərbçilər əsasən kəşfiyyat məlumatları toplamaq işində və hərbi təlimlərdə Əsəd qüvvələrinə yardım edirlər. İnqilab Keşikçiləri Korpusunun əsgərləri əməliyyatları Qüds Qüvvələrinin təlimatları əsasında həyata keçirirlər. İranın nəzarətində olan qüvvələrin əsasən Lazkiyə və Tartus kimi önəmli liman şəhərlərində əməliyyatlar apardıqları bildirilir. Həmin qüvvələrə Suriya pasportu verilib, Suriya hərbi geyimlərindən istifadə etdikləri və Suriya ordusunun ən fəal bölməsi sayılan hava kəşfiyyatı ilə işlədikləri xəbərlərdə qeyd olunur.

Bundan başqa "Bəsic" kimi tanınan minlərlə könüllünün də Suriyaya döyüşməyə getdiyi bildirilir.

Tarix
2014.02.22 / 11:13
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla