Yuxarı

Ukrayna Putinlə razılaşmamalı və bu addımı atmalıdır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna Putinlə razılaşmamalı və bu addımı atmalıdır

Kreml rəhbəri Vladimir Putinin mayın 9-da birtərəfli atəşkəs elan etməsinə cavab olaraq Ukrayna indi öz tələblərini irəli sürməlidir, nəinki razılaşmalıdır.

Axar.az xəbər verir ki, bu barədə Ali Radanın Milli təhlükəsizlik, müdafiə və kəşfiyyat məsələləri komitəsinin katibi Roman Kostenko bildirib.

O qeyd edib ki, Ukrayna ABŞ-a müharibə istəmədiyini göstərmək üçün Putinin ilk atəşkəsi - “Pasxa atəşkəsi” ilə razılaşıb. Lakin Ukrayna bunu nümayiş etdirərək növbəti atəşkəs üçün şərtlər irəli sürməlidir:

“Atəşkəs hər iki tərəfin şərtləri və bu müddət ərzində nə olacağı barədə qərar verdiyi ikitərəfli razılaşmadır. Amma belə çıxır ki, Putin birtərəfli qaydada bunu bir dəfə təqdim edib və biz razılaşdığımızı göstərmək üçün razılaşdıq. Hesab edirəm ki, burada bizim tərəf şərtlər irəli sürməlidir: "Əgər barışıq istəyirsənsə, o zaman mən ya 30 gün, ya da heç olmasa, hər iki tərəfin razılaşdıracağı müddətin tərəfdarıyam". Ancaq Putinin bunu istədiyi üçün sadəcə birtərəfli atəşkəsə getmək, mənim nöqteyi-nəzərimdən, zəiflik əlamətidir. Bu, ikitərəfli razılaşma olmalıdır, ya da Putinin dediklərinə məhəl qoyulmamalıdır”.

Tarix
2025.04.30 / 09:17
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla