Yuxarı

Ərdoğanla Zelenski nələri müzakirə etdi?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğanla Zelenski nələri müzakirə etdi?

21:13

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.

Ərdoğan bildirib ki, sülh üçün yeni qapı açılır və bundan istifadə etmək lazımdır.

***

Ukrayna Prezidenti Vladimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı haqda Teleqram hesabında məlumat yayıb.

Zelenskinin sözlərinə görə, onlar Ukrayna və Rusiya arasında Türkiyədə keçiriləcək görüşün əsas detallarını müzakirə ediblər. O, diplomatiyanın inkişafı üçün ən yüksək səviyyədə dəstəyə və istəyinə görə Ərdoğana minnətdarlığını bildirib.

Ukrayna prezidenti qeyd edib ki, hazırda atəşkəs zərurəti vacibdir. Tərəfdaşların atəşkəs rejiminə nəzarəti təmin etməsi də lazımdır:

"Biz Putinlə birbaşa danışıqlara hazırıq. Uzunmüddətli təhlükəsizliyin təmin edilməsi üçün hamımızın Avropada birgə çalışmağımız çox vacibdir. Amerika ilə daimi təmasda olacağıq. Prezident Ərdoğanla sülh naminə gələcək birgə iş haqqında razılığa gəldik".

Qeyd edək ki, Putin 15 mayda İstanbulda Ukrayna ilə heç bir ilkin şərt olmadan birbaşa danışıqlar təklif edib. Zelenski isə buna cavab olaraq dərhal atəşkəs elan edilməsini istəyib və 15 mayda Putinlə şəxsən görüşmək üçün İstanbula gedəcəyini vurğulayıb.

Tarix
2025.05.12 / 22:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla