Yuxarı

Rusiya Krımın işğal anonsunu 2008-də verib - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Krımın işğal anonsunu 2008-də verib - Video

Krımın anneksiya olunacağı ilə bağlı 2008-ci ildə Kremlin məşhur ideoloqu, rusiyalı aparıcı Vladimir Solovyov xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, 8 il öncə NTV televiziyasında hazırlanan proqramın görüntüləri yenidən sosial şəbəkələrdə aktuallaşıb. 2008-ci ildə hazırlanan proqramda aparıcı olan Solovyov öz verlişinə qonaq kimi rusiyalı deputat Konstantin Zatulini və Ukraynanın keçmiş müdafiə naziri Anatoli Qriçenkonu çağırır. Solovyov və Zatulinin Ukraynaya qarşı sərt ittihamlarına Qriçenko cavab verməyə çalışsa da, aparıcı buna şərait yaratmır. Daha sonra Solovyov Qriçenkoya Moskvanın tezliklə Krımı tutacağını deyir:

"Rusiya pulları Ukraynaya daxil olub. İnanın mənə, tezliklə bu, sizin xoşunuza gəlməyəcək. Biz Krım və Şərqi Ukrayna ilə məşğul olacağımız günə qədər rahat nəfəs alın".

Qeyd edək ki, Krım 2014-cü ilin martında Rusiya tərəfindən anneksiya edilib.

Tarix
2016.06.12 / 11:42
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla