Yuxarı

Erməni səfir Kiriyenko ilə görüş üçün, görün, nələr edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni səfir Kiriyenko ilə görüş üçün, görün, nələr edir

Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini, Rusiyanın Ermənistan üzrə yeni kuratoru kimi təqdim olunan Sergey Kiriyenkoya yanaşmaq üçün dəridən-qabıqdan çıxır. Hətta səfirlik əməkdaşları Kiriyenkonun zövq və seçimləri barədə məlumat toplamaq məqsədilə Abxaziyadakı erməni icması ilə əlaqə qurublar. Onun haqqında ətraflı məlumat topladıqdan sonra planlaşdırılan bir yeşik erməni konyakı hədiyyə etmək ideyasından imtina olunub.

Axar.az xəbər verir ki, məlumatı erməni Teleqram kanalları yazıb.

Qeyd olunub ki, səfir Kiriyenkonu ələ almaq üçün ona nə hədiyyə edəcəyini bilmir:

“Moskvadakı erməni Apostol Kilsəsinin yeparxiyası tərəfindən hazırlanmış qiymətli daşlarla bəzədilmiş qədim dini ikonanı da Arsenyan uyğun hesab etmir. O, bu hədiyyəni çox diqqətçəkici hesab edir. Hazırda səfirlik Moskvadakı kolleksiyaçılardan biri ilə rəssam Martiros Saryanın 19 milyon rubl dəyərində olan tablosunun alınması ilə bağlı danışıqlar aparır.

Bütün bu cəhdlərə baxmayaraq, Kiriyenko ilə görüş məsələsi hələ də açıq qalır. Arsenyanın "tilovu atmaq" cəhdlərinin hamısı nəzakətlə XİN-ə göndərilir”.

Tarix
2025.05.15 / 16:36
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla